“Donanmamız məhv edilibsə, Hörmüz necə bağlıdır?” Trampa CAVAB
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
“Donanmamız məhv edilibsə, Hörmüz boğazı necə bağlıdır?”
Redaktor.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Donanmasının komandan müavini Məhəmməd Əkbərzadə ABŞ Prezidenti Donald Trampın İranın donanma və hava qüvvələrinin məhv edildiyi barədə açıqlamalarına cavab olaraq deyib.
Əkbərzadə bildirib ki, ABŞ-nin İranın hərbi qüvvələrinin sıradan çıxarıldığı barədə açıqlamaları reallığı əks etdirmir:
“Əgər ABŞ İran donanmasının məhv edildiyini iddia edirsə, onda necə olur ki, Hörmüz boğazı hələ də bağlıdır və bir dənə də tanker keçə bilmir? Əgər hava qüvvələrimiz məhv edilibsə, onda necə olur ki, raketlərimiz və dronlarımız hədəflərinə çatır?”
O əlavə edib ki, dünya SEPAH-ın strateji raket və pilotsuz uçuş aparatlarının qurudan, dənizdən və havadan istifadə olunmasının, eləcə də, Hörmüz boğazına nəzarətin şahidi olub.
Əkbərzadənin sözlərinə görə, ABŞ və müttəfiqləri regionda qarşıya qoyduqları məqsədlərə çata bilməyiblər. O deyib ki, yüksəkrütbəli iranlı hərbi rəsmilərə qarşı sui-qəsdlərə baxmayaraq, ölkənin hərbi sistemi fəaliyyətini davam etdirir.
İran rəsmisi, eyni zamanda, enerji bazarlarına da toxunaraq qeyd edib ki, hazırda qlobal bazarda neftin qiyməti bir barel üçün 95-100 dollar civarındadır və bu vəziyyət davam edərsə, ABŞ iqtisadiyyatı üçün ciddi problemlər yarana bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 14 Mart 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















