Donbasdakı münaqişə olmasaydı, bəlkə də Şaxtyor Çempionlar Liqasını qazanardı
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Şaxtyor”un sabiq baş məşqçisi Mirça Luçesku komandada çalışdığı dövrü xatırlayıb. Rumıniyalı mütəxəssis kluba 2004–2016-cı illərdə rəhbərlik edib.
Sportal.az xəbər verir ki, Luçesku "La Gazzetta dello Sport"a verdiyi müsahibədə bunları qeyd edib:
“ Möhtəşəm komanda qurmazdan əvvəl möhtəşəm futbol oynamağa başlamaq lazımdır. Mənə çempion yox, inkişaf etdiriləcək istedadlar lazım idi və braziliyalıları yaxşı tanıyıram. Neymarı və Kasemironu görmüşdüm, çox yaxşı oyunçular idi, amma mənə dedilər ki, onları almaq mümkün deyil. Yaxşı, bəs digərləri? Duqlas Kosta, Aleks Teyşeyra, Fernandinyo gəldi. Elə bir sistem yaratdıq ki, “Şaxtyor” çox pul qazanırdı və satılan futbolçuların artıq əvəzləyicisi hazır olurdu.
Axmetov bunu özü üçün etmirdi, hər şeyi komandaya yatırırdı. Avropanın ən gözəl stadionunu tikdi, biz böyük komandaları məğlub edirdik, gənc, güclü idik və möhtəşəm futbol oynayırdıq. UEFA Kubokunu qazandıq və demək olar ki, hər il Çempionlar Liqasının 1/4 finalına qədər irəliləyirdik. Təsəvvür edin, Şərqi Avropadan olan bir komandanı bu səviyyəyə qaldırmaq nə qədər çətindir? Əgər Donbasda münaqişə olmasaydı, bəlkə də nə vaxtsa Çempionlar Liqasını qazanardıq."
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 24 Dekabr 2025 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















