Dondurmaların ən dadlısı
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qardaşxan
Şən günlü Dənizim,
şengenli Denam,
fərqlidir dünyayla görüşün,
fərqli dünyanızda
polis gözə dəymir,
göz dəyməsin.
Parisdə yaşasaydın
Senanı yaraşdırardım adına,
yaraşıq verdiyin Visladı.
Bir də hara getsək taleyimiz
"ən heyvan”dan asılıdı.
Ən sevdiyin heyvan da itdi,
Atan... baban, nənən, dayın belə it ilindən.
Məktəbli çantanı
arzuladığın Koreyadan gətirtdin,
çəkik gözlüm!
Kakaolu, manqolu, şokoladlı, püstəli lodilər*
Ay dondurmaların ən dadlısı!
günləri əyləndirdin, aylandırdın cürbəcür oyunlarla,
Ay mənim ən gizlənpaç oyunum!
Günə, aya sovuşar ki
neçə illik ayrılığın acısı?!
İndi gələn ayrılığa yovuşaq...
Ən yaxşı şeirə sonluqtək
səsin səslənir sabahımda.
_______________________________
* Dondurma - polyakca


