Icma.az
close
up
RU
Dönərin ilk ixtiraçısı Kastamonuda yaşayan Həmdi Usta olub ARAŞDIRMA

Dönərin ilk ixtiraçısı Kastamonuda yaşayan Həmdi Usta olub ARAŞDIRMA

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Küçə ləzzətləri adıyla təqdim olunan, əslindəsə ayaqüstü yeyilən qidalar arasında dönərin xüsusi yeri var. Dönərin hazırda dünyada “türk dönəri” kimi tanınması da təsadüfi deyil. Çünki dönərin ixtiraçısının bir türk olduğu bilinir. Dünyaya dönər ləzzəti təqdim edən insan Türkiyənin Kastamonu bölgəsində dünyaya gəlmiş Həmdi Ustadır.  Həmdi Usta 19-cu əsrdə dönəri qidalar sırasına daxil edib. O zamanlar üçün qeyri-adi görünən bu yeməyin tərifi qısa müddətdə geniş yayılıb, Kastamonu ilə yanaşı, Sinop, Zonquldakda da hazırlanmağa başlayıb.

 “Sherg.az” Türkiyə mediasına istinadən Həmdi Ustanın qısa həyat hekayəsini təqdim edir. 1850-ci illərə qədər ət yeməkləri qril və ya odda qovurularaq yeyilib. Daha sonra Kastamonulu məşhur kabab ustası Həmdi Usta fərqli bir axtarışa çıxıb, üfüqi və şaquli şəkildə üst-üstə yığılan ət parçalarını bişirməyə başlayıb. Ətlərin şaquli şəkildə manqalın qabağında çevrilərək bişirilməsi, nazik şəkildə kəsilərək çörəyin arasında təqdim olunmasıyla “Dönər kabab” icad edilib. Həmdi Ustanın bu yeni ləzzəti qısa zamanda bütün Türkiyəyə yayılıb. Sonra dünya mətbəxinə daxil olub. Bu gün dönər kabab dünyanın ən məşhur küçə delikateslərindən biridir. Həmdi Usta Kastamonuda anadan olub. O, kiçik yaşlarından kababçı şagirdi kimi fəaliyyətə başlayıb. Ustadlıq illərində üfüqi şəkildə bişmiş ətin daha dadlı və yumşaq olmasının yolunu tapmağa çalışıb. Uzun araşdırmalar nəticəsində anladı ki, üfüqi şəkildə bişmiş əti üst-üstə qoyub şaquli şəkildə bişirmək daha yaxşı üsuldur. O, ilk dəfə 1855-ci ildə bu üsulu tətbiq edərək dönər kababını yaradıb. Dönər kabab Kastamonu və ətraf vilayətlərdə tez bir zamanda məşhurlaşıb. Həmdi Ustanın restoranı hər gün yüzlərlə müştəriyə xidmət göstərməyə başlayıb. Həmdi Usta dönər kababının populyarlaşması üçün çox səy göstərib. Dönər kababının reseptini və hazırlanmasını digər kababçılara öyrədib. Sonra da Dönərçi Kastamonulu Həmdi Ustanın nəvələri onun yolunu – üsulunu davam etdirərək bu ləzzəti günümüzə qədər çatdırıblar. Dönərçi Həmdi Usta 2019-cu ildə Türkiyədə ilk dəfə dönər restoranı olaraq beynəlxalq keyfiyyət mükafatına layiq görülüb. O, "Liderlik, Keyfiyyət, İnnovasiya və Mükəmməllik" kateqoriyasında (Business Initialitive Directions) tərəfindən verilən ISAQ (Keyfiyyət üçün Beynəlxalq Ulduz Mükafatları) Qızıl Ulduz Keyfiyyət Mükafatını alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri