Donetskdə vəziyyət ağırdır: Ukrayna ordusu bu ərazilərdə mühasirəyə alınır
Publika.az saytına istinadən Icma.az xəbər verir.
Zarya kəndi ruslar tərəfindən işğal olunub. Donetskdə vəziyyət getdikcə pisləşir.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın "DeepState" layihəsinin analitikləri məlumat yayıb.
Onların fikrincə, ruslar Donetsk vilayətində Novotroitski, Uspenovka, Kuraxovo, Sontsevka və Veseli Qay yaxınlığında irəliləyiblər.
Analitiklər “Uspenovski kisəsi”nə daxil olan Yelizavetovka, Romanovka, Veseliy Qay, Annovka qəsəbələrindəki vəziyyətə xüsusi diqqət yetirirlər. Rusiya ordusu hər tərəfdən müdafiəni yarmağa çalışır. Trudovoye, Uspenovka və Dalneye kəndləri mühafizədə əsas rol oynayır. Məhz buradan ruslar tam mühasirəyə düşmə təhlükəsi altında olan Uspenivkaya hücum etmək üçün qüvvələrini cəmləşdirirlər.
Məlumata görə, Ukrayna hərbçiləri mövqeləri tutmaq üçün fəal döyüşür, lakin qarşı tərəfin canlı qüvvədə əhəmiyyətli üstünlüyü səbəbindən vəziyyət çətin olaraq qalır.
Onların fikrincə, lazımi koordinasiyanın olmaması Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin bir anda bir neçə yaşayış məntəqəsində mühasirəyə düşməsi riskinə səbəb ola bilər.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 13 Dekabr 2024 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















