DÖNGƏ qrupundan “Məsti Xumar” mahnısına gözlənilməz rok tərtibat VİDEO
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın müasir rok səhnəsinin parlaq təmsilçilərindən olan DÖNGƏ qrupu bu dəfə dinləyicilərini tamamilə fərqli bir layihə ilə təəccübləndirib.
AZXEBER.COM xəbər verir ki, qrup uzun illər sevilən klassik mahnıları özünəməxsus rok tərzində yenidən təqdim etməsi ilə tanınır.
Bu dəfə isə DÖNGƏ mümkün olmayanı edib — məşhur "meyxana” janrında olan "Məsti Xumar” əsərini tam yeni tərzdə səsləndirib. Mahnı duyğusal vokal, titrək emosiyalar və eyni zamanda güclü gitara səsləri ilə "yenidən doğulub”. İfa zamanı sanki sözlərin mənası "navazışla fəryad” arasında bir duyğu ilə təqdim olunur və əsərə yeni xarakter qazandırır.
Qrup mahnı ilə yanaşı, 90-cı illərin ab-havasında çəkilmiş bir klip də təqdim edib. Videoda DÖNGƏ qrupunun gündəlik həyatı, məşqlərdən və səsyazma prosesindən görüntülər, eləcə də səhnə çıxışlarından kadrlar yer alıb.
Mahnının söz və musiqisinin müəllifi mərhum meyxanaçı Elçin Maştağalıdır.
DÖNGƏ bu layihə ilə həm klassikanı yenidən canlandırıb, həm də ona müasir rok nəfəsi gətirib.
Baxış sayı:55
Bu xəbər 10 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















