Döngədə dayanan sürücü videoya çəkildiyini görüb baxın necə reaksiya verdi VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Həsən Əliyev 438 ünvanında qayda pozan sürücü kameraya düşüb. Hadisə oktyabrın 22-də səhər saatlarında baş verib.
Videodan görünür ki, 10-SZ-707 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü döngədə maşını saxlayaraq digər avtomobillərin hərəkətinə mane olub. Hadisə şahidi sürücünü lentə alaraq ona iradını bildirib. Bu zaman sürücü “Niyə çəkirsən?” deyərək ona aqressiv reaksiya verib. Şikayətçi isə sürücüyə qayda pozduğunu və avtomobilin cərimələnməsi üçün videonu çəkdiyini bildirib.
Yol hərəkəti qaydalarına görə, döngələrdə avtomobil saxlamaq qadağandır. Bu, həm digər sürücülər üçün gözlənilməz maneə yaradır, həm də qəza riskini artırır. Avtomobil yalnız ciddi texniki problem və ya fövqəladə hallar zamanı müvəqqəti dayandırıla bilər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 22 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















