Icma.az
close
up
RU
Donnarummanın aqibəti necə olacaq?

Donnarummanın aqibəti necə olacaq?

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Viktor Osimhenin başıbəlalı transferi tamamlanandan sonra Avropada “sabun operası”na çevrilməyə namizəd olan daha bir mövzu ortaya çıxıb.

"Football-plus.az" xəbər verir ki, söhbət Canluici Donnarummanın PSJ-də qalıb-qalmaması mövzusudu.
Birillik müqaviləsi qalan ünlü qapıçının Paris nəhəngində illik qazancı 13 milyon avroya yaxındı. Rəhbərlik onun məvacibini müəy6yən bonuslar olmaq şərtilə 10 milyon avroya endirmək istəyir. Bu təklif haqlı olaraq Donnarummanı qane etmir.
Ümumiyyətlə, bu məsələdə parislilərin rəhbərliyi özünü çox qəribə aparır. Klub Donnarummanın maaşını, məsələn, ötən yay azaltmaq fikrinə düşsəydi, bunu anlayışla qarşılamaq olardı. Amma indi – PSJ Çempionlar Liqasında həsrətə son qoyandan və Donnarumma bu zəfərdə mühüm rol oynayandan sonra belə bir addımın atılması çox qəribə görünür.
İtaliyalı hazırda öz mövqeyində dünyanın ən güclülərindən biri, bəlkə də birincisidi. Onun “Qızıl top” uğrunda mübarizədə ilk “10-luq”da yer alması heç kimi təəccübləndirməyəcək. PSJ qəribə şəkildə iki ayağını bir başmağa dirəyərək ona heç bir güzəştə getmək istəmir. Əksinə, PSJ “Lill”in qapıçısı Lukas Şevalyeyə ciddi maraq göstərməklə sanki Donnarummaya ultimatum göndərmiş olur.
İddialara görə ÇL-in son qalibi bu qapıçya görə 40 milyon avro (!) ödəməyə hazırdı. Maraqlıdı, görəsən, yeni qapıçıya bu qədər pul xərcləməyə hazır olan klub Donnarummaya nə üçün 2-3 milyon avro artıq vermək istəmir? Çox qəribə və eyni zamandı maraqlı durum yaranıb. Ancaq Şevalye hələ transferə razılıq verməyib. O, yalnız bir şərtlə - əsas heyətdə oynayacağı təqdirdə Parisə köçməyə razıdı. Onsuz da o, Fransa yığmasında əsas qapıçı deyil. DÇ ərəfəsində ehtiyatda oturmaq üçün “Lill”i PSJ-yə dəyişmək isə mənasız addım kimi görünür.
Hadisələrin bu cür axarında Donnarummanın üç yolu qalır. O, ya PSJ-nin təklifi ilə razılaşıb klubda qalmalı və Şevalyenin keçidinə mane olmalıdı, ya sərbəst statusda getmək üçün müqavilə müddətinin sonuna qədər, yəni 1 il ehtiyatda qalmağa razı olmalıdı, ya da bu yay ayrılmalıdı.
Fabritsio Romanonun son xəbərinə görə Donnarumma klubda qalıb Şevalye ilə rəqabət aparmağa hazırdı. Amma problem ondadı ki, Şevalyeni onunla rəqabət aparmağa yox, onun yerinə gətirmək istəyirlər! Təkliflərə gəlincə, Donnarumma hələ də “Team Raiola” menecerlik şirkəti ilə əməkdaşlıq edir. Onun əsas meneceri mərhum Mino Rayolanın yaxın qohumu Entsodu.
“Ekip”in iddiasına görə, Entso PSJ rəhbərliyini qıcıqlandırmaq üçün bilərəkdən ortaya olmayan variantlar atır. Guya Donnarummaya “Bavariya”, “Yuventus” kimi klublar maraq göstərir. Hətta bəzi mənbələr Canluicinin doğma “Milan”a qayıdacağını da iddia edir. Amma onun bu klubdan necə qalmaqalla ayrıldığını xatırlasaq, bu, mümkün görünmür. Yeri gəlmişkən, bu qapıçıya cidd imaraq göstərənlər arasında “Qalatasaray” da var. Amma Donnarummanın karyerasının zirvəsində Türkiyəyə yollanacağı inandırıcı görünmür.
Hər halda, hamı Viktor Osimhen kimi hərəkət etmir...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Avqust 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri