Icma.az
close
up
RU
Donor qanında infeksiyalar daha erkən aşkarlanacaq

Donor qanında infeksiyalar daha erkən aşkarlanacaq

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Qan donorluğu həm tibbi, həm də sosial baxımdan son dərəcə önəmli prosesdir. Donor olmaq insan sağlamlığını dəstəkləməklə yanaşı, cəmiyyətin rifahına xidmət edir. Bu prosesin təhlükəsizliyi müəyyən tibbi meyarlar çərçivəsində tənzimlənir.

Donor qanı hansı infeksiyalara qarşı yoxlanılır? Qan komponentlərinin təhlükəsizliyi necə təmin olunur? Qan analizlərinin nəticələrində ciddi infeksiyalar aşkarlandığı zaman hansı addımlar atılır?

Bakıvaxtı.az-ın məlumatına görə. bu və digər suallara Səhiyyə Nazirliyi Respublika Qan Bankının Klinik-diaqnostik laboratoriyasının müdiri Sevinc Məhərrəmova aydınlıq gətirir.

- Sevinc xanım, bilmək istərdik ki, donor qanı hansı infeksiyalara qarşı yoxlanılır?

- Donor qanı və onun komponentlərinin köçürülməsi zamanı əsas məqsəd təhlükəsizliyi təmin etməkdir. Resipientə (qan köçürülən şəxs) keçə biləcək infeksiya risklərinin minimallaşdırılması bütün transfuziya xidmətlərinin başlıca prioritetidir. Bu səbəbdən donor qanı ciddi laborator nəzarətdən keçirilməlidir.
Səhiyyə Nazirliyi Respublika Qan Bankında donor qanı İİV (QİÇS), Hepatit B, C, sifilis infeksiyalarına qarşı seroloji və NAT üsülu ilə yoxlanılır. Seroloji testlər antigen və ya anticisimlərin aşkarlanmasına əsaslanır. NAT testi isə virusun genetik materialını birbaşa pəncərə dövründə - infeksiyanın ilkin mərhələsində aşkarlayır, daha həssas və erkən diaqnostik nəticə verir.

Donor qanına dair aparılan bütün infeksion testlərin nəticələri mütləq şəkildə neqativ olmalıdır. Yəni, qan nümunəsində heç bir infeksion agent – nə virus, nə əlaməti aşkar edilməməlidir. Testlərdən hər hansı biri pozitiv çıxarsa və ya nəticə şübhəli olarsa, həmin qan vahidinin tibbi istifadəsinə icazə verilmir və qan dərhal istismardan çıxarılır. Belə hallarda nəticələr barədə məlumat verilir və donor əlavə tibbi müayinəyə yönləndirilir. Məqsəd yalnız qan alıcısının təhlükəsizliyini təmin etməklə yanaşı, eyni zamanda donorun sağlamlıq probleminin erkən aşkarlanması və nəzarətə götürülməsidir. Bu proses həm donorun, həm də cəmiyyətin sağlamlığının qorunmasına yönəlmiş mühüm addımdır.

Hər bir donorun məlumatları, laborator nəticələri, yoxlama protokolları və qərar sənədləri Qan Bankının və ya laboratoriyanın informasiya idarəetmə sisteminə daxil edilir.

- Səhiyyə Nazirliyi Respublika Qan Bankında qan nümunələrinin laborator müayinəsi hansı mərhələlərdən ibarətdir və bu prosesdə beynəlxalq standartlara necə əməl olunur?

- Səhiyyə Nazirliyi Respublika Qan Bankında qan nümunələrinin laborator müayinəsi donor qanının təhlükəsizliyini təmin etmək məqsədilə ardıcıl və elmi əsaslara söykənən mərhələlər üzrə həyata keçirilir. Bu proses zamanı qan və onun komponentləri müasir avadanlıqlarda seroloji, immunhematoloji, molekulyar-bioloji testlərdən keçirilir. Bütün testlərin əsas məqsədi qan vasitəsilə ötürülə biləcək yoluxucu infeksiyaları (İİV, Hepatit B, Hepatit C, sifilis) aşkarlamaq və belə halların qarşısını almaqdır.

Qan təhlükəsizliyinin təmin olunması sahəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankı beynəlxalq praktikaya əsaslanır. NAT (Nucleic Acid Testing – Nuklein Turşusu Testi) texnologiyasına keçid beynəlxalq standartlara uyğunluğun daha da gücləndirilməsinə imkan verib. Bu texnologiya, infeksiyaların “pəncərə dövründə” aşkar edilməsinə şərait yaradır və donor qanının daha yüksək dəqiqliklə yoxlanmasını təmin edir. NAT texnologiyasının tətbiqi sayəsində qan təhlükəsizliyi sahəsində WHO, EU Directives, ISO 15189 və GMP kimi beynəlxalq standartlara uyğunluq təmin edilib.

- Qan Bankında aparılan seroloji və NAT testləri nəyi göstərir və onların fərqi nədədir?

- Seroloji testlər donor qanında viruslara qarşı yaranmış anticisimləri (antikorları) aşkar edir. Bu testlər vasitəsilə hepatit B (HBV), hepatit C (HCV), İİV (HİV), sifilis infeksiyalarına qarşı yaranmış immun cavab qiymətləndirilir. Seroloji analizlər əsasən donorun keçmişdə və ya hazırda bu infeksiyalara yoluxub-yoluxmamasını müəyyən etməyə xidmət edir.

NAT testləri virusların genetik materialını – yəni DNT və ya RNT-sini – birbaşa aşkar edir. Bu testlər infeksiyanın ən erkən mərhələsində, hələ immun cavab formalaşmadan, virusun mövcudluğunu müəyyən etməyə imkan verir. NAT texnologiyası çox yüksək həssaslıq və spesifiklik dərəcəsinə malikdir və seroloji testlərlə müqayisədə «pəncərə dövrünü» əhəmiyyətli dərəcədə qısaldır. Bu isə o deməkdir ki, NAT testləri ilə yoluxmuş, lakin seroloji olaraq hələ aşkar olunmayan donor qanı daha erkən mərhələdə müəyyən edilə bilər.

Bu testlər hepatit B, hepatit C və İİV kimi infeksiyalar üçün geniş tətbiq olunur və donor qanının təhlükəsizliyinin artırılmasında mühüm rol oynayır. Beləliklə, seroloji testlər immun cavabı qiymətləndirərək, yoluxmanın olub-olmadığını göstərir, NAT testləri isə virusun özünün genetik materialını birbaşa aşkar edir.

Hər iki üsul bir-birini tamamlayaraq, donor qanının tam təhlükəsizliyini təmin etmək məqsədilə paralel şəkildə tətbiq olunur. Səhiyyə Nazirliyi Respublika Qan Bankında bu testlərin hər ikisinin tətbiqi beynəlxalq protokollara və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun şəkildə həyata keçirilir.

- Qan komponentlərinin təhlükəsizliyi necə təmin olunur?

- Qan komponentlərinin təhlükəsizliyi bir neçə əsas mərhələ və beynəlxalq tələblərə uyğun yanaşmalar əsasında təmin olunur. İlk növbədə donorların seçimi ciddi tibbi göstəricilər, anket sorğuları və fiziki müayinə ilə aparılır. Potensial riski olan şəxslər donorluqdan kənarlaşdırılır. Donor qanı götürüldükdən sonra seroloji və molekulyar səviyyədə NAT testləri tətbiq olunur.

Testlərin nəticələrinə əsasən yalnız təhlükəsiz olduğu təsdiqlənmiş qan nümunələri sonrakı emala yönləndirilir. Qanın emalı prosesində hər bir komponent (eritrosit kütləsi, plazma, trombositlər) ayrılır və uyğun temperatur, vaxt və sanitar-gigiyenik şəraitdə saxlanılır. Hər bir qan komponenti unikal identifikasiya nömrəsi ilə qeyd olunur və donorla resipient arasında əlaqə sistem vasitəsilə saxlanılır. İstənilən təhlükəli hadisə və ya mənfi reaksiya qeydə alınır və analiz olunur.
Bütün bu tədbirlər qan komponentlərinin tam təhlükəsizliyini təmin etmək və resipient üçün hər hansı infeksion və ya bioloji riski minimuma endirmək məqsədi daşıyır.

- Donor qanında aşkarlanan hansı göstəricilər qan verməyə müvəqqəti və ya daimi əks göstəriş hesab olunur?

- Donor qanında aşkarlanan bəzi göstəricilər donorun sağlamlıq vəziyyətinə və qan komponentlərinin resipient üçün təhlükəsizliyinə təsir etdiyindən, qanverməyə müvəqqəti və ya daimi əks göstərişlər yaradır. Bu göstəricilər bir sıra infeksion və qeyri-infeksion markerlərə əsaslanır. Müvəqqəti əks göstərişlər donorun vəziyyətində müəyyən müddət ərzində dəyişiklik olduqda (məsələn, qısamüddətli infeksiya, dərman qəbulu, əməliyyat, peyvənd və s.) tətbiq edilir. Daimi əks göstərişlər isə donorun qanvermə qabiliyyətini və qan komponentlərinin təhlükəsizliyini davamlı şəkildə poza biləcək hallarda (xroniki infeksiyalar, onkoloji və hematoloji xəstəliklər, bəzi sistem xəstəlikləri və s.) tətbiq olunur.

Ən çox rast gəlinən daimi əks göstərişlərə İİV (QİÇS), Hepatit B, Hepatit C, sifilis və ya onların markerlərinin aşkarlanması daxildir. Bu hallarda donor ömürlük olaraq qanvermədən uzaqlaşdırılır. Bundan əlavə, prion xəstəlikləri, xroniki autoimmun xəstəliklər (məsələn, sistemik qırmızı qurd eşənəyi), epilepsiya, psixi pozuntular və bəzi kardio-vaskulyar xəstəliklər də daimi əks göstərişlərə aiddir.

Müvəqqəti əks göstərişlərə isə yaxın zamanda keçirilmiş qızdırmalı xəstəliklər, peyvəndləmə (canlı və ya ölü vaksinlərdən asılı olaraq 2 həftədən 4 həftəyə qədər müddət), cərrahi müdaxilə və ya stomatoloji prosedurlar (məsələn, diş çəkilməsi və ya implant), səfərlər zamanı malyariya və ya digər tropik xəstəliklərin endemik bölgələrinə getmək, cinsi yolla keçən infeksiyalara şübhə yaradan halların olması, bəzi dərmanların (antibiotik, immunosupressiv preparatlar və s.) qəbulu kimi hallar daxildir. Bu zaman donor müəyyən müddət ərzində qanvermədən uzaqlaşdırılır və vəziyyəti təkrar qiymətləndirilir. Nəticə etibarilə, donor qanında aşkarlanan bu göstəricilərə həm donorun sağlamlığını, həm də resipientin təhlükəsizliyini qorumaq üçün müasir laborator analizlər və klinik protokollar vasitəsilə ciddi şəkildə nəzarət olunur.

- Qan analizlərinin nəticələrində ciddi infeksiyalar aşkarlandığı zaman bu barədə donor necə məlumatlandırılır və hansı addımlar atılır?

- Donor qanında ciddi infeksiyalar, xüsusilə də qanla ötürülən infeksion xəstəliklər (məsələn, Hepatit B, C, İİV, sifilis) aşkar edildikdə, qan tədarükü prosesinin təhlükəsizlik prinsiplərinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin qanunvericilik aktlarına uyğun olaraq, dərhal müvafiq prosedurlar həyata keçirilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin qan donorluğu ilə bağlı normativ hüquqi aktlarına və müvafiq beynəlxalq protokollara əsasən, belə hallarda donorun verdiyi qan istifadədən çıxarılır və xüsusi qaydada utilizasiya olunur. Bununla yanaşı, donorun identifikasiyası qorunmaqla, onun məlumatları donor qeydiyyat sistemində xüsusi qeyd edilir.

Donorda aşkarlanan müsbət və ya şübhəli nəticələr laboratoriya tərəfindən təsdiqləndikdən sonra bu nəticələr bir daha təkrar testlərlə yoxlanılır (“retesting” və “confirmatory testing” mərhələləri). Nəticələrin təsdiqlənməsi halında donorun fərdi məlumatları qorunmaqla, tibb müəssisəsinin səlahiyyətli şəxsləri tərəfindən məlumatlandırılır. Donorla əlaqə zamanı həm diaqnostik nəticələr barədə, həm də bu nəticələrin klinik əhəmiyyəti və potensial sağlamlıq riski haqqında aydın və peşəkar məzmunlu məlumat verilir. Eyni zamanda, donorun bu məlumatları qəbul etməsi könüllülük və tibbi etik qaydalar çərçivəsində aparılır. Donora sonrakı diaqnostik təhlillər və konsultasiyalar üçün tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunur.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, donorun şəxsi məlumatlarının konfidensiallığı qorunmalıdır və bu məlumatlar yalnız müvafiq tibb heyəti və nəzarət qurumları ilə paylaşılır. Donorun razılığı olmadan onun sağlamlıq vəziyyəti barədə məlumatların üçüncü tərəflərə ötürülməsi yolverilməzdir. Bundan əlavə, donorun sağlamlıq vəziyyətinə dair məlumatlar mərkəzləşdirilmiş məlumat bazasında qeyd olunur və gələcək donorluq fəaliyyəti üçün müvafiq məhdudiyyətlər tətbiq oluna bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Dekabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri