Icma.az
close
up
RU
“Donsaq da, Rusya qazını almayaq”: Avropa enerji dilemması ilə üz üzədir

“Donsaq da, Rusya qazını almayaq”: Avropa enerji dilemması ilə üz üzədir

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ursula fon der Lyayennin “Rusiya qazı olmayacaq, hətta donsaq belə” bəyanatı Avropanın enerji siyasətində sərt dönüş kimi qiymətləndirilsə də, mövcud vəziyyət bu yanaşmanın asan həyata keçməyəcəyini göstərir.

Bizimyol.info xəbər verir ki, martın 19-da Avropada qazın qiyməti kəskin artaraq min kubmetr üçün 850 dollara çatıb. Buna səbəb Qətərdə qaz infrastrukturuna zərbələr və Hörmüz boğazının İran tərəfindən bloklanması olub. Avropa üçün əsas LNG təchizatçılarından biri olan Qətərin Ras-Laffan obyektlərinin sıradan çıxması bazarda ciddi gərginlik yaradıb.

Buna baxmayaraq, Avropa Komissiyası Rusiya qazından mərhələli imtina planını təsdiqləyib. Lakin real mənzərə fərqlidir: 2026-cı ilin ilk aylarında Avropa ölkələrinin Rusiya LNG idxalı 11% artaraq 4,5 milyard kubmetrə çatıb. Rusiya hazırda Aİ üçün Norveç, ABŞ və Əlcəzairdən sonra dördüncü ən böyük qaz təchizatçısıdır.

Ekspertlərə görə, Brüsselin sərt ritorikası daha çox uzunmüddətli strategiyaya xidmət edir. "REPowerEU" proqramı çərçivəsində yüz milyardlarla avro vəsait ayrılaraq alternativ enerji mənbələri və yeni təchizat zəncirləri qurulmağa çalışılır.

Bununla belə, üç əsas problem aktual olaraq qalır: hüquqi məhdudiyyətlər səbəbindən üzv ölkələr fövqəladə alışlardan imtina etməyə məcbur edilə bilmir; alternativ enerji mənbələri hələlik tələbatı tam ödəyə bilmir; və ən əsası, bu keçidin dəyəri həm biznes, həm də əhali üçün ciddi maliyyə yükü yaradır.

Nəticədə, Avropa Rusiya qazından imtina etməyə çalışsa da, enerji təhlükəsizliyi ilə iqtisadi reallıq arasında balans tapmaqda çətinlik çəkir. Yaxın illərdə isə əsas ssenari sərt siyasi bəyanatlar fonunda alternativ yolların axtarılması və enerji bazarında qeyri-müəyyənliyin davam etməsi kimi görünür.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Mart 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri