Icma.az
close
up
RU
Dönüşü ilə xal gətirən qapıçı: “Heç vaxt bu qədər ciddi zədə almamışdım” MÜSAHİBƏ

Dönüşü ilə xal gətirən qapıçı: “Heç vaxt bu qədər ciddi zədə almamışdım” MÜSAHİBƏ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Komandaya kömək etdiyim üçün xoşbəxtəm. Amma ən vacib məqam yenidən xallar qazanmağa başlamağımız idi”.

Bunu “Karvan-Yevlax”ın portuqaliyalı qapıçısı Pedro Mateuş futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Zədəli olduğunuz üçün uzun müddət idi ki, “Karvan-Yevlax”a kömək edə bilmirdiniz. Yaşıl meydanlara qayıdış necə hissdir?

– Düzünü desəm, bu, mənim üçün böyük bir rahatlıqdır. Bütün karyeram ərzində heç vaxt məşq və ya oyunları dayandıracaq qədər ciddi zədə almamışdım. Bu, ilk dəfə idi və bu qədər uzun müddət məşq və oyunsuz qalmaq psixoloji cəhətdən çox çətin oldu. Amma həmin mərhələni arxada qoymağı bacardım və bundan sonra ümid edirəm ki, bütün oyunlarda komandama kömək edə biləcəyəm.

– “İmişli” ilə oyun ərzində bir neçə qurtarışla yadda qaldınız. Üstəlik, səkkiz oyun idi ki, xal qazana bilməyən “Karvan-Yevlax” uğursuz gedişata son qoydu. Qayıdışınızın uğurlu alındığını deyə bilərik?

– Komandaya kömək etdiyim üçün xoşbəxtəm. Amma ən vacib məqam yenidən xallar qazanmağa başlamağımız idi. Qarşıda hələ çox işimiz var.

– Növbəti turda doğma meydanda “Neftçi”ni qəbul edəcəksiniz. Rəqibiniz yeni baş məşqçinin rəhbərliyi altında çıxdığı ilk oyunda qələbə hesabını qoruya bilmədi. “Neftçi” ilə matçda hansı nəticəyə ümid edirsiniz?

– Güclü komandaya qarşı çətin oyun gözləyirik. Lakin evdə oynadığımız üçün maksimum səviyyədə mübarizə aparacaq və qələbə uğrunda döyüşəcəyik. Məqsədimiz yaxşı oyun göstərmək və xallar qazanmaqdır.

– 15 turdan sonra cəmi 6 xal toplamaq və turnir cədvəlində sonuncu pillədə olmaq komandanın üzərində əlavə təzyiq yaradırmı?

– Əlbəttə, turnir cədvəli çətin vəziyyətimizi göstərir, amma təzyiq futbolun bir hissəsidir. Komanda birlikdədir və oyundan-oyuna daha da yaxşılaşmağa köklənib.

– Yeni baş məşqçiniz Füzuli Məmmədov haqda fikirləriniz necədir? Onun gəlişindən sonra komandada nə kimi dəyişikliklər baş verib?

– Füzuli Məmmədov öz ideyaları ilə gəldi, komandaya daha çox təşkilatçılıq və intensivlik gətirdi. Biz onun tələblərini tədricən mənimsəyirik.

– Qarşıdakı turlarda sonuncu pillədən qurtulmaq, Misli Premyer Liqadakı yerinizi qorumaq şansınızı necə dəyərləndirirsiniz?

– Vəziyyətin çətin olduğunu bilirik, amma gördüyümüz işə inanırıq. Əgər diqqətli və rəqabətədavamlı qalsaq, bu vəziyyətdən çıxa, liqadakı yerimizi qoruya bilərik.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri