Icma.az
close
up
RU
Doqquz abituriyentin nəticəsi ləğv edilib

Doqquz abituriyentin nəticəsi ləğv edilib

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu barədə AzVision.az -a DİM-dən məlumat verilib. İbtidai istintaqla İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abituriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilməsi barədə ictimaiyyətə açıqlama verilib.
23 dekabr 2025-ci il tarixdə məhkəmənin baxış iclası keçirilib. İclasda iş üzrə şahid qismində cəlb edilmiş şəxslərin ifadələri dinlənilib, təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin sualları cavablandırılıb.
Qeyd edək ki, ittiham aktına əsasən təqsirləndirilən şəxslər Babayev İslam Elşan oğlu Məmmədov Ayxan İlham oğlu və Məmmədov Murad Mahir oğlu ilə birlikdə, hazırlıq kurslarına gələn və ya tanışı olan abituriyentlərə müxtəlif məbləğdə pul vəsaiti qarşılığında onların imtahanda yüksək bal toplayacaqlarını bildirərək onlara gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrindən istifadə qaydalarını izah etmiş, imtahan günü xüsusi ayaqqabıların içərisinə sözügedən alətləri yerləşdirmiş və binaya daxil olmuş abituriyentlərə sualların cavablandırılmasında köməklik göstərə biləcəklərini qeyd ediblər.
İstintaqın gedişi zamanı bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyentlər şahid qismində ifadə vermiş və öz əməllərini ifadələrində etiraf ediblər. Abituriyentlərdən bəziləri sözügedən texniki vasitələrlə imtahan binasına daxil olmuş və istifadə etmiş, bəziləri imtahan keçirilən otağa texniki vasitələrlə daxil olsalar da, yaranmış texniki nasazlıq səbəbindən onlardan istifadə edə bilməmiş, bəziləri növbəti imtahanda binaya girişdə yoxlama rejimini həyata keçirən əməkdaşlar tərəfindən üzərində qurğular aşkarlandığı üçün imtahana buraxılmamış, bəziləri isə girişdə yoxlama rejimindən çəkinib geri qayıdaraq ayaqqabılarını dəyişərək adi qaydada binaya daxil olmuşlar. Nəzərinizə çatdırırıq ki, 11 abituriyentdən 9-nun imtahan (müsabiqə) nəticəsi ləğv edilmiş və onlar ixtisas seçiminə buraxılmamışdır. İş üzrə şahid qismində adı hallanan digər 2 abituriyent isə binaya daxil olana qədər sözügedən texniki vasitələri çıxarıb adi qaydada imtahanda iştirak etdiyi üçün onların nəticələri ləğv edilməyib.
İttiham aktında qeyd olunur ki, “Babayev İslam Elşan oğlu gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satış məqsədi ilə istehsal etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satmış, qeyrilərinin köməkçiliyi ilə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.
Məmmədov Murad Mahir oğlu və Məmmədov Ayxan İlham oğlu isə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə və təkrarən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satmaqla, qeyrisinin vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etməkdə təqsirləndirilirlər”.
Xatırladaq ki, imtahanlarda qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı digər bir cinayət işi üzrə təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu və Əsədov Kamran Alim oğlunun da məhkəməsi davam edir və növbəti iclas 22 yanvar 2026-cı il tarixində keçiriləcək.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azvision.az
archiveBu xəbər 23 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri