Icma.az
close
up
RU
“Doqquz Azərbaycan vətəndaşını Fransa kəşfiyyatına işləməyə cəlb edib”

“Doqquz Azərbaycan vətəndaşını Fransa kəşfiyyatına işləməyə cəlb edib”

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.
Təqsirləndirilən Martin Ryan deyib ki, onun məqsədi iş adamı olaraq ölkəsinin Azərbaycandakı səfirliyi ilə əlaqə yaratmaq olub:
“Mən bir Fransa vətəndaşı kimi ölkəmin Azərbaycandakı səfirliyi ilə əlaqə yaratmağı vacib bilirdim. Bu məqsədlə səfirliyin əməkdaşları ilə şəxsi münasibət qurmuşdum. Mən Frederik Devosla söhbət zamanı onun potensial casus olduğunu anladım. Onlarla tez-tez görüşmürdüm. Məqsədim agent kimi işə cəlb edilmək deyildi, sadəcə ölkəmin buradakı nümayəndəliyi ilə əlaqə qurmağa çalışırdım. Onlarla pul müqabilində tanışlıq yaratmamışdım. Fransa səfirliyi ilə olan əlaqəmi Azərbaycandakı qurumlara bildirsəydim, ölkəm bunu xəyanət kimi qəbul edəcəkdi. Həmçinin onların agent olması barədə əlimdə kifayət qədər sübut yox idi. Düşünürəm ki, onların bizə olan davranışları barədə gərək öz Xarici İşlər Nazirliyimizə məlumat verərdim”.
Martin Ryanın sözlərinə görə, səfirlik əməkdaşları ilə Azərbaycan və Ermənistan arasında olan 44 günlük müharibə zamanı daha sıx görüşüblər.
"Mənim onlarla görüşməyimin hər hansı bir təhlükə yaradacağı barədə soruşmuşdum. Onları xüsusi xidmət orqanlarının əməkdaşı kimi yox, Fransadan Azərbaycana akkreditasiya olunmuş diplomatlar kimi görürdüm. Mən şübhələnirdim ki, izlənirik. Bu barədə Azada deməmişdim. Loranın Azadla da şəxsi münasibəti var idi. Frederiklə də görüşəndə Azad barədə soruşurdu. Hətta o, bir dəfə mənə zarafatla Azadın Rusiya ilə bağlı məlumatları ötürdüyünü demişdi”, - Martin Rayan deyib.
Prosesdə təqsirləndirilən Azad Məmmədli də ifadə verib. O, Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olmadığını bildirib:
“Fransa səfirliyinin əməkdaşları mənə məxfi əməkdaşlıq təklif ediblər, lakin rədd etmişəm. Britaniyada olanda Martin ilə telefon danışığım olub. Bu telefon danışığı ittiham aktında da yer alıb. Buna əsasən ittiham edilirəm. Mənə qarşı irəli sürülən digər ittiham da Azərbaycan - İran, Azərbaycan - Ermənistan arasında olan münasibətlər barədə məlumat ötürməklə bağlı olub. Mənim bu münasibətlərlə bağlı fikirlərim sadə vətəndaş kimi subyektiv fikirlər olub. Burada hər hansı bir məxfilik olmayıb”.
Azad Məmmədlinin sözlərinə görə, Martin Ryan ibtidai istintaqa onun Frederik Devosa Rusiya barədə məlumatlar ötürdüyünü deyib:
“Bu məlumatlar yalandır. Mən Rusiyada yaşayan dostum A.Ş.-i bir dost kimi Martinlə tanış etmişəm. Martin yalandan deyib ki, guya mən A.Ş-lə bağlı məlumat ötürmüşəm. A.Ş-in bu işə heç bir aidiyyəti yoxdur. Həmçinin mənə irəli sürülən ittihamlardan biri də Ermənistanda açılacaq Zəngəzur dəhlizi ilə bağlı fikirlərim olub. Mən 2023-cü ildə Bakıya gələndə Martinin qonağı olmuşdum. Bu zaman sözügedən dəhliz barədə ona subyektiv fikirlərimi demişdim. Ona bu dəhliz açılacağı təqdirdə burada Rusiyanın yox, Avropanın qoşunlarının olmasını istədiyimi bildirmişdim”.
Azad Məmmədli əlavə edib ki, Frederik Devos ona Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Avrasiya İttifaqının tədbiri barədə suallar verib:
“Mən ona yox cavabı vermişəm. Azərbaycan bu ittifaqa üzv deyil, lakin buna görə mən dövlətə xəyanətdə ittiham edilirəm. Martin məndən xəbərsiz bütün məlumatlarımı Frederikə ötürüb. Cinayət işinin materialları ilə tanış olub Martin Ryanın 44 günlük müharibə zamanı Azərbaycanın müdafiə qabiliyyəti barədə 50-yə yaxın məlumat ötürdüyünü görmüşəm. Həmçinin o, doqquz nəfər Azərbaycan vətəndaşını Fransa kəşfiyyatına işləməyə cəlb edib. Mən də onun toruna düşərək qurban olmuşam. Mənim səhvim odur ki, Fransa Xarici İşlər Nazirliyinin əməkdaşları mənə müraciət edəndə Azərbaycanın müvafiq qurumlarına məlumat verməmişəm”.
Hər iki təqsirləndirilən ifadə verəndən sonra hakim onların ifadələrində kəskin ziddiyyət olduğunu deyib. Buna görə də növbəti prosesin sual-cavaba ayrılacağını bildirib.
Proses mayın 19-da davam edəcək.
Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 15 Aprel 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri