Icma.az
close
up
RU
Dörd aydır maaş almırıq, ayıb deyil?

Dörd aydır maaş almırıq, ayıb deyil?

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Dörd aydır maaş almırıq, ayıb deyil?"

“Dünən oyuna ona görə çıxmadıq ki, komanda 4 aydır maaş almır. Ayıb deyilən bir şey var. Bir klub bunu necə edə bilər?”

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan 2-ci liqasında mübarizə aparan “Şəki Siti”nin futbolçusu Nurlan Novruzov deyib.

“Şəki Siti” ötən gün 2-ci liqanın 13-cü turunda “Qarabağ Lökbatan”la qarşılaşmalı idi. Ancaq klub oyunun başlanma saatından bir qədər əvvəl komandanın matça çıxmayacağını açıqlayıb. Səbəb isə göstərilməyib. 

Komandanın təcrübəli hücumçusu N.Novruzov klubu qeyri-peşəkarlıqda ittiham edərək bildirib ki, növbəti turun oyununa da çıxmayacaqlar:

“Bunlar çempionatın əvvəlində maliyyə meyarını göstərməyib ki, filan qədər büdcəni komandaya ayırıram? Ayrılan pul futbolçuların mövsümün sonuna qədər maaşları və digər xərclər üçündür. Bu gün klub rəhbərliyi deyir ki, məsələn, mənim 270 min manatım ortalıqda yoxdur. Futbolçular da 4 aydır maaş almırlar. Başa düşmürəm ki, PFL hara baxır? Futbolun İnkişafı Fondu da bu məsələdə məsuliyyət daşıyır. Niyə demirlər ki, bu pullar hanı? Həqiqədən klubda durum elə biabırçı vəziyyətdədir ki, danışılası deyil. Hansı ki, komandada Premyer Liqa səviyyəsində futbolçular var. Sonra deyirik ki, bizdə niyə futbolçu yetişmir. Çünki futbolçular bu cür məhv edilir. Komanda növbəti oyuna da çıxmayacaq. Necə çıxaq? Dörd aydır ki, komanda maaş almır.

Bu klubdan elə şeylər danışaram ki... Hansı ki, bir neçə il əvvəl olurdu belə şeylər. Klub rəhbərliyi futbolçularla bir müqavilə bağlayır, PFL-lə başqa. Dünyada görünməyən şeyləri Azərbaycan 2-ci liqasında görürəm, şoka düşürəm. Niyə buna nəzarət edilmir?  

N.Novruzov qeyd edib ki, belə klublar çempionata buraxmamalıdır: “Əlbəttə ki, ən böyük günah klub rəhbərliyindədir. Niyə belə klub rəhbərlərinə hələ də güvənilir? Neçə illər belə rəhbərliklər azərbaycanlı futbolçuları pis günə qoydular. Hələ də davam edir. Niyə? Bu gün futbolun inkişafı üçün rəhbərlikdə futbolu sevən insan olmalıdır. Pulu sevən yox, futbolu sevən insan. Danışanda deyirlər ki, cəmi 300 min manat büdcə var. Bu məbləğ 2-ci liqa üçün az pul deyil. Bu üç ayın içində 300 mini yox edənlərə də “halal” olsun. Bəs düşünmürlər ki, sabah bizdən bunun sorğusu olacaq. Qətiyyən bu haqda düşünmürlər. Çox rahatdırlar. Başım ağrısa da, deyəcəm ki, yəqin, bunların arxasından duranlar var ki, belə hoqq verirlər. Həqiqətən biabırçılıqdır. Soruşun ki, futbolçularınız hardadır? Biri fəhləlik edir, biri rayonda tarlada işləyir, biri taksi sürür. Onlar da bezib. Qınamıram, bəzilərinin ailələrinin durumu yaxşı deyil. Eləsi var ki, övladına uşaq bezi ala bilmir. Həqiqədən də adamın ürəyi ağrıyır. Burda danışmaq olmur, əlimizdən gələn köməkliyi də edirik. Amma hara qədər? O qədər istedadlı futbolçularımız var ki... Onlara çox heyfim gəlir”. 

Klub rəhbərliyini belə sərt ittiham edən N.Novruzov “Şəki Siti”dən ayrılmadığını bildirib: “Mən elə klubda ola-ola danışıram. Heç nədən qorxum yoxdur. Çünki durum çox acınacaqlıdır. Son illərdə klub sayının artması, regionlarda futbolun dirçəlməsi çox sevindiricidir. AFFA bu sahədə çox böyük iş görüb. PFL rəhbərliyində də tanıdığım adlar var ki, onların futbolu çox sevdiyini bilirəm. Yəqin ki, onların baş verənlərdən xəbəri yoxdur. Baxsınlar, belə hegomonluq etmək olmaz. “Gəlib adamı evindən çıxararlar” nə deməkdir? Bu sözlərlə uşaqları qorxudarlar. Bizi belə sözlərlə qorxuda bilməzlər”. 

N.Novruzov klubun ona olan borcunu da açıqlayıb: “4 aydır ki, maaş vermirlər. Mənim 8 min manat alacağım var. Özünüz düşünün. Artıq heç fikir də vermirəm".

Ramiq Ağaməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://qol.az
archiveBu xəbər 16 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri