Icma.az
close
up
RU
Dörd din üçün müqəddəs dağ: İtkin düşən 100 dən çox insan ziyarətə gedirmiş

Dörd din üçün müqəddəs dağ: İtkin düşən 100 dən çox insan ziyarətə gedirmiş

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nepal və Çin sərhədindəki ərazilərdə baş verən genişmiqyaslı daşqınlardan sonra itkin düşən təxminən 1300 nəfərdən 100-dən çoxu Himalay dağlarının ən müqəddəs məkanlarından biri olan Kaylasa dağına gedirmiş.

Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ən azı 469 nəfər həlak olub, 1300 nəfər uitkin düşüb, minlərlə sakin evlərini tərk etməyə məcbur qalıb.

Nəşr Kaylasa dağının əsrlərdir zəvvarları niyə cəlb etdiyini və onun müxtəlif dinlərin nümayəndələri üçün hansı əhəmiyyət daşıdığını araşdırıb.

Dörd din üçün müqəddəs dağ

Kaylasa Çinin Nepal və Hindistanla sərhədlərinin yaxınlığında, Tibetin cənub-qərbində yerləşən dağ zirvəsidir. Onun hündürlüyü dəniz səviyyəsindən 6400 metrdən çoxdur. Yaxınlıqda Manasarovar gölü yerləşir. Hər iki məkan əsrlərdir sanskrit dini və ədəbi ənənələrində xatırlanır.

Kaylasa hinduizm, buddizm, caynizm və Tibet Bon ənənəsində müqəddəs sayılır. Bu dinlərin hər biri dağı öz inancları və əfsanələri ilə əlaqələndirir.

Beynəlxalq Dağlıq Ərazilərin İnteqrasiyalı İnkişaf Mərkəzinin məlumatına görə, hindular Kaylasanı dağıntı tanrısı Şivanın, eləcə də nikah, məhsuldarlıq və analıqla əlaqələndirilən ilahə Parvatinin məskəni hesab edirlər.

Tibet Bon ənənəsinin ardıcılları isə dağı mənəvi güc məkanı sayır və bu bölgəni ənənənin banisi Tonpa Şenrabla əlaqələndirirlər.

Kolorado Boulder Universitetinin Tibet üzrə araşdırmalar aparmış coğrafiyaşünası Emili Ye 2017-ci ildə yazıb ki, Kaylasa mifik Meru dağı ilə əlaqələndirilir. Hindu və buddist kosmologiyasında Meru dünyanın mərkəzi hesab olunur.

Müqəddəs sayılan yalnız dağ deyil, onun ətrafındakı ərazilər də dini əhəmiyyət daşıyır. 2017-ci ildə nəşr olunan “Shared Sacred Landscapes” kitabında bu ərazi ilə bağlı çoxsaylı yerli əfsanə və rəvayətlər toplanıb.

Onlardan biri siqhizmin banisi Quru Nanakla bağlıdır. Əfsanəyə görə, o, Kaylasaya ziyarət etmək arzusunda olan kəndlilərlə qarşılaşıb və onlara izah edib ki, həqiqi ziyarət ilk növbədə insanın daxilində baş verən mənəvi səyahətdir.

Kaylasaya zirvəni fəth etməyə yox, piyada gedirlər

Zəvvarlar ənənəvi olaraq Kaylasa zirvəsinə qalxmır, onun ətrafında piyada dövrə vururlar. Müqəddəs dağın ətrafındakı tam marşrut təxminən 53 kilometrdir.

İnanca görə, bu səyahət insanı günahlardan təmizləyir. Ziyarət adətən təxminən üç gün davam edir.

Hindular və buddistlər dağı saat əqrəbi istiqamətində, Bon ənənəsinin ardıcılları isə əks istiqamətdə dövrə vururlar.

Kaylasaya Hindistanın Uttarakhand ştatından Lipulex aşırımı vasitəsilə də getmək mümkündür. Hindistan hökuməti hər il Kaylasa və Manasarovar gölünə rəsmi ziyarət təşkil edir. Bu səfərlər adətən iyun-avqust və ya sentyabr aylarında keçirilir, marşrutlar isə Uttarakhand və Sikkim ştatlarından keçir.

Özəl şirkətlər də Nepal üzərindən ziyarət səfərləri təşkil edir.

Manasarovar gölünün yaxınlığında bəzi hindu zəvvarlar suya daxil olur və bunu mənəvi təmizlənmə ritualı hesab edirlər.

Emili Yenin sözlərinə görə, Tibet zəvvarları yol boyunca monastırlarda və digər müqəddəs məkanlarda dayanırlar. Onlar dua muncuqlarına toxuna, həmçinin müqəddəs izlərin olduğuna inanılan obyektlərə alınlarını dayaya bilərlər. Bəzi rituallar zəvvarın mənəvi savablarını, günahlarını və ya taleyini öyrənməyə xidmət edir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Avqust 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri