Dörd medallı şəhidin atası vəfat etdi FOTO
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
44 günlük Vətən müharibəsinin şəhidi Tofiq Əmirlinin atası, Müsavat Partiyasının Məclis üzvü Şəmsəddin Əmirli vəfat edib.
Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
Ş.Əmirli uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Şəmsəddin Əmirlinin oğlu Tofiq Əmirli Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsində xidmət edib. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasında qəhrəmanlıq, igidlik, mərdlik və cəsarət nümayiş etdirib.
Gizir Tofiq Əmirli ölümündən sonra “Vətən uğrunda”, “Vətənə xidmətə görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:236
Bu xəbər 09 Aprel 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















