Icma.az
close
up
RU
Dörd milyonluq dələduzluq işi “Aztelekom”un sabiq baş direktorunun oğlu ifadə verib

Dörd milyonluq dələduzluq işi “Aztelekom”un sabiq baş direktorunun oğlu ifadə verib

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə ifadə verib.

O bildirib ki, 2021-ci ildən 2022-ci ilədək təqsirləndirilənlə arasında yatırım və qazanc ilə əlaqəli şifahi razılaşma olub: "Mən Türkiyədə yaşayıram və hazırda da tikinti sahibkarlığı ilə məşğulam. Azərbaycanda birja işi ilə məşğul olmaq istəyirdim. Nizami Alışanı bu işlə məşğul olan şəxs kimi tanıyırdım. İnvest.az da yatırım edib, pul qazanacağımızı dedi. Mənə 5 dəfə 10-50 min dollar arası pul vermişdi. O pulu dostumun mebel mağazasına gətirirdi və sürücüm oradan götürürdü. Pulların verilməsi ilə bağlı aramızda rəsmi müqavilə olmayıb. Mənə demişdi ki, bu pulu valyuta alqı-satqısından qazanır. Özüm bu proseslərdə iştirak etməmişdim. Verdiyim ümumi məbləğin içində 4 dostumun da pulu vardı. Onlar da mənim kimi sahibkardır. Bu pulların sənədlərini məhkəməyə təqdim edə bilərik. Hərəmiz 250, 300, 400 min pul yatırmışdıq. Ümumilikdə 1 milyon 300 min ödəmişdik. Gələn gəlir 2-4 faizlə olurda və biz bunu dostlarımızla arasımızda bölüşdürürdük. Nə qədər faiz gələcəyini Nizami deyirdi. Mənə iki variant təklif etmişdi: riskli və risksiz. Riskli variantda qazanc ehtimalı çox idi. Mən əlbəttə ki, risksiz variantı seçmişdim. Biz sonradan pullarla bağlı ofisimdə görüşməli idik. Eşitdim ki, Nizami görüşə gələn gün saxlanılıb".

Daha sonra Nizami Alışan Babək Məmmədzadə ilə əlaqəli ifadə verib: "Mən bu işlə - "Forex"lə 12-13 yaşlarımdan məşğul oluram. Babək Məmmədzadə mənim sinif yoldaşım olub. Analizlər edib yatırımlar qoyurdum. Burada 10 dollardan milyon dollara qədər yatırım edə bilirdik. Məsələn, qızıla yatırım edirdim. Bir həftə sonra qızılın dəyəri 10% artanda pulum da artırdı. İşim bundan ibarət idi. Babək özü də bilir ki, mən dələduz deyiləm. Onun bütün mesajlarına cavab verirdim. Bizim görüş təyin etdiyimiz gün mən Babəkin gözü qarşısında saxlanılmışam. Bunu yalan deyirsə, qalanlarına da inanmıram. Mən bunları demək istəmirdim. Heç istəməzdim ki, bu mövzular bura qədər gəlib çıxsın. Stressdən 90 kilodan 65 kiloya düşmüşəm. Amma artıq bıçaq sümüyə dirənib. Babək mənə hər dəfə deyirdi ki, 10 faiz istəyir. Mən verdiyi məbləğin daha artığını - milyon yarımdan çoxunu ona qaytarmışam. Onun mənə verdiyi pul isə 1 milyonu keçməmişdi. Aramızda bunlarla bağlı sənədlərdə qeydiyyat olmayıb. Bu pulu isə yerli banklardan deyil, "İnvest.az" şirkətindəki "Forex" hesabımdan çıxarmışam. Xaricdəki şirkətinin buradakı nümayəndəsinə - Rövşən Dadaşova yazırdım ki, bu qədər pul lazımdır. O da pulu çıxarıb, görüş yeri təyin edib, mənə verirdi. O da bunu təsdiqləyər".

Hakim Vüqar Tağıyev bildirib ki, Rövşən Dadaşov hazırda həbsdədir və iş onun icraatında araşdırılır.

Vəkil Samir İsayevin suallarına cavab verən Nizami Alışan bildirib ki, həmin məbləğlərin çıxarıldığını "İnvest.az" təsdiqləyə bilər.

Babək Məmmədzadə bildirib ki, onun təqsirləndirilənin digər zərərçəkənlərlə işlədiyindən xəbəri olmayıb. Təqsirləndirilən bu ifadənin düzgün olmadığını deyib.

Nizami Alışan əlavə edib ki, ödəməyi öhdəliyinə götürdüyü 1 milyon 300 min manat 3 zərərçəkən üçün nəzərdə tutulub.

Proses mayın 12-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

Babək Məmmədzadə “Aztelecom” MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Aprel 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri