Icma.az
close
up
RU
Dörd ölkəyə vizasız rejim Martda otellərdə yer tapılmayacaq

Dörd ölkəyə vizasız rejim Martda otellərdə yer tapılmayacaq

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Son dövrlər Körfəz ölkələri vətəndaşları üçün Azərbaycana vizasız rejimin tətbiqi, xüsusilə Novruz turizmi dövründə turist axınının artması ilə diqqət çəkir. Bu vəziyyət hotellər, kirayə mənzillər və xidmət sektorunda qiymətlərin yüksəlməsi riskini gündəmə gətirir.
Turizm eksperti Cəfər Qarayev Demokrat.az-a açıqlamasında bildirib ki, 15 fevraldan etibarən Körfəz ölkələrinin dörd dövlətinin vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Bunlar Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Bəhreyn vətəndaşlarıdır ki, onlar indiyə qədər vizanı hava limanında əldə edirdilər:
"Bununla yanaşı, həmin ölkələrdə oturma və yaşamaq hüququ olan şəxslər də Azərbaycana səfər edə biləcək və vizanı hava limanında əldə edəcəklər. Yəni onlar üçün viza rejimi daha da sadələşdirilmiş olacaq".
Ekspert qeyd edib ki, Ramazan ayı başlayır və bu dövrdə ərəb ölkələrinin vətəndaşları adətən səyahət etmirlər. Lakin Ramazan bayramından sonra səfərlər yenidən aktivləşəcək və bu dövr demək olar ki, Azərbaycanda Novruz bayramı ilə üst-üstə düşür. 
"Bu səbəbdən mart ayında xaricdən, xüsusilə ərəb ölkələrindən kifayət qədər turistin gələcəyi gözlənilir və bu da rayonlardakı otel qiymətlərinə təsir göstərə bilər. Çünki bölgələrdə yerləşdirmə imkanları o qədər də çox deyil və qiymətləri bazar, yəni tələb formalaşdırır. Rayon otellərində qiymət artımı ehtimal olunsa da, Bakıda bunun ciddi təsiri gözlənilmir. Paytaxtda 200-ə yaxın mehmanxana və mehmanxana tipli obyekt var və mövcud yataq fondu xaricdən gələn turistlərin qəbuluna kifayət edəcək. Əlavə olaraq qeyd edim ki, 2016-cı ilin fevralında Körfəz ölkələrinin vətəndaşları üçün hava limanında sadələşdirilmiş viza tətbiq edilmişdi. On ildən sonra isə həmin ölkələr üçün viza tamamilə ləğv olundu, bu ölkələrdə yaşayan və oturma icazəsi olan şəxslər isə Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında 30 dollar ödəniş etməklə vizanı əldə edə biləcəklər" - Cəfər Qarayev bildirib. 
Qeyd edək ki, bölgələrdə turist tələbi artdıqca otel və kirayə mənzil qiymətləri yüksələ bilər, lakin paytaxtda mövcud yataq fondu buna imkan verməyəcək.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2026 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri