Icma.az
close
up
RU
Dördüncü Hindistan Pakistan müharibəsi olacaqmı? Gərginlik pik həddə çatıb

Dördüncü Hindistan Pakistan müharibəsi olacaqmı? Gərginlik pik həddə çatıb

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Cammu və Kəşmir bölgəsində nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında yenidən atışma baş verib. Tərəflər qarşılıqlı şəkildə bir-birlərini atəşkəsi pozmaqda ittiham ediblər. Bu hadisə regionda onsuz da gərgin olan vəziyyətin daha da alovlanmasına səbəb olub. 


Sfera.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Hindistan və Pakistan arasında Cammu və Kəşmir bölgəsi uzun illərdir əsas münaqişə nöqtəsi kimi qalır.

O qeyd edib ki, bu konfliktin kökləri 1947-ci ilə Hindistanın Britaniya müstəmləkəsindən azad olaraq Hindistan və Pakistan kimi iki dövlətə bölündüyü dövrə qədər uzanır:

"Həmin vaxt dini mənsubiyyətə görə bölgülər aparılsa da, Kəşmir bölgəsində bu proses tam şəkildə həyata keçirilmədi. Əhalisinin böyük əksəriyyəti müsəlman olan Kəşmir Hindistanın tərkibində qaldı, bu isə illərlə davam edən qarşıdurmanın əsas səbəbi oldu”.


Politoloq həmçinin vurğulayıb ki, 1947-ci ildən sonra tərəflər arasında Kəşmir uğrunda üç böyük müharibə baş verib. Sonuncu genişmiqyaslı toqquşma isə 1999-cu ildə Kargil bölgəsində qeydə alınıb. Kazımovun sözlərinə görə, xüsusilə 2019-cu ildə Hindistanın Kəşmirin muxtariyyət statusunu ləğv etməsi və bölgəyə 500 mindən artıq hərbçi yerləşdirməsi vəziyyəti daha da gərginləşdirdi:

"Bu addım yerli əhali tərəfindən ciddi narazılıqla qarşılandı və Pakistan da məsələyə sərt reaksiya verdi”.


Hazırkı qarşıdurmanın yalnız hərbi deyil, həm də iqtisadi və ekoloji aspektləri var. Politoloq qeyd edir ki, Hindistanın Pakistan ərazisinə axan çaylar üzərində bəndlər tikməsi və su axınını məhdudlaşdırması da gərginliyi artıran əsas faktorlardandır. 


“Su problemi regionda əlavə gərginlik yaradır. Bu məsələnin beynəlxalq hüquqa uyğun şəkildə həll olunması vacibdir”, –  deyə K.Kazımov bildirib.
Politoloq hesab edir ki, hazırda nə İslamabad, nə də Dehli münaqişənin genişmiqyaslı silahlı toqquşmaya çevrilməsində maraqlıdır:

"Hər iki ölkənin prioritetləri dəyişib. İqtisadi sabitlik və regional əməkdaşlıq bu gün daha ön plandadır. Üstəlik, hər iki ölkə nüvə silahına sahibdir və bu amil beynəlxalq ictimaiyyətin də narahatlığına səbəb olur. Bu baxımdan, su məsələləri üzrə kompromis əldə olunsa, münaqişənin yumşalması mümkündür”.


Bəsti Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 Aprel 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri