Icma.az
close
up
RU
Döş nahiyəsində yandırma hissi. SƏBƏBLƏR

Döş nahiyəsində yandırma hissi. SƏBƏBLƏR

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Bu simptomlar bir çox insanlarda olur.

Yandırma döş qəfəsinin ortasında, solunda və ya sağında hiss oluna bilər. Əksər hallarda insanlar bu simptomu ürək xəstəlikləri ilə əlaqələndirir. Lakin bu səhv fikirdir. Bu nahiyədə müxtəlif orqanlar yerləşir ki, bu orqanlarda olan pozulmalar özünü döş nahiyəsində yandırma hissi ilə büruzə verir.

- Bir çox hallarda bunun səbəbi mədə şirəsinin qida borusuna düşməsidir (buna "reflüks-ezofaqit" deyilir). Reflüks zamanı mədə şirəsi və qida kütləsinin bir hissəsi geriyə qida borusuna qayıdır ki, bu da qida borusunda iltihaba və xoraların əmələ gəlməsinə səbəb olur. Nəticədə xəstə döş nahiyəsində tez-tez güclü yandırma hiss edir. Yandırma çox güclü olur, antasid dərmanların (almagel, maaloks və s.) qəbulu yandırmanı azaldır. Özünüzdə bu simptomları müşahidə edirsinizsə, mütləq qastroenteroloqa müraciət edin. Refleks-ezofaqit xəstəliyi çox ağır fəsadlara (daxili qanaxma, qida borusunun daralması, qida borusunun xərçəngi) səbəb ola bilər.

- Ürək xəstəlikləri döş qəfəsində yandırma hissinə səbəb olur. Belə ağrı və yandırma stenokardiya, miokard infarktı, miokardit (ürək əzələsinin iltihabı), ürək qapaqlarının çatışmazlığı zamanı ola bilər.

Stenokardiya zamanı döş qəfəsində yandırma, ağrı hiss olunur, ağrı sol kürəyə və sol qola yayılır. Nitroqliserin həbi qəbul etdikdən sonra ağrı azalır. Miokard infarktı zamanı ağrı çox güclü olur, nitroqliserinin qəbulu ağrını azaltmır. Bu səbəbdən əgər ürək tutması zamanı nitroqliserin kömək etmirsə, dərhal "təcili yardım" çağırın.

- Ağ ciyər xəstəlikləri (pnevmoniya, ağ ciyər absesi, plevrit) zamanı doş nahiyəsində güclü yandırma hiss olunur. Ağ ciyər absesi zamanı bəlğəmdə irin olur. Pnevmoniya güclü öskürək və hərarətin 400 C kimi qalxması ilə müşayiət olunur.

- Osteoxondroz xəstəliyi döş nahiyəsində yandırma hissinə səbəb olur. Adətən xəstə bunu ürək xəstəlikləri ilə əlaqələndirir və nitroqliserin və ya validol qəbul edir. Lakin ağrı keçmir. Əgər kardioqramma yaxşıdırsa, lakin belə ağrılar və yandırma hissi xəstəni tez-tez narahat edirsə, bu osteoxondroz xəstəliyi ola bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri