Dost ana atadan üstündür
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas odur ki, dostluq etdiyi şəxsi qabaqda olsun".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov "Rəngarəng" verilişində deyib. O, dostluq münasibətlərindən söhbət açıb:
"İnsan yaşa dolduqca dostluğun dəyərini anlayır. Dost deyərdim ki, hamıdan - ana-atadan, bacı-qardaşdan üstündür. Bu, dəqiqdir. Çünki ata dost olsa da yenə atadır, elə də ana, qardaş... Təbii ki, canları yanır. Amma dostla hər məqamı bölüşürsən. Təbii ki, söhbət əsl dostlardan gedir".
Baxış sayı:33
Bu xəbər 26 İyul 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















