Dost ölkə 20 ildən sonra “qara siyahı”dan çıxarıldı
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqı Qırğızıstan aviadaşıyıcılarına tətbiq olunan uçuş qadağasını ləğv edib.
Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov məlumat verib.
Onun sözlərinə görə, ölkənin aviasiya təhlükəsizliyi sahəsində gördüyü işlərin nəticəsi olaraq Qırğızıstan Avropa İttifaqının aviasiya üzrə “qara siyahısı”ndan çıxarılıb.
Qeyd edək ki, Qırğızıstan aviadaşıyıcılarına tətbiq edilən məhdudiyyətlər 2006-cı ildən qüvvədə idi. Beləliklə, 20 ildən sonra ölkənin aviaşirkətlərinin Avropa İttifaqı məkanına uçuşları ilə bağlı qadağa aradan qaldırılıb.
Bu mövzuda digər xəbərlər:Suriya prezidenti qara siyahıdan çıxarıldı
07 Noyabr 2025 00:39
Bu ölkə israilli nazirləri qara siyahı ya saldı
10 İyun 2025 18:53
Qırğızıstan AB nin uçuş təhlükəsizliyi qara siyahısından çıxarıldı
08 İyun 2026 20:08
Moskva iki ölkəni “qara siyahı”dan çıxarmayacaq
18 Dekabr 2024 10:27
Qara Qarayevə verilən mənzil satışa çıxarıldı 750 min manat
21 Yanvar 2026 11:56
Baxış sayı:165
Bu xəbər 09 İyun 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















