Icma.az
close
up
RU
“Dostcanlı sui qəsdçi” Trampı hədəf alan Allenlə bağlı DETALLAR

“Dostcanlı sui qəsdçi” Trampı hədəf alan Allenlə bağlı DETALLAR

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Hücumçunun otel otağında tapılan qeydləri: hökumət üzvlərini “prioritet sırasına görə” hədəf alıb

Vaşinqtonda “Hilton” oteldə ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasını hədəf alan sui-qəsdçi ilə bağlı pərdəarxası məqamlar üzə çıxıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hücumçunun otel otağında tapılan qeydlərində hökumət üzvlərini “prioritet sırasına görə” hədəf aldığı məlum olub. Eyni zamanda, onun qeydlərində özünü “dostcanlı federal sui-qəsdçi” kimi təqdim etdiyi bildirilir.

Məlumata görə, şübhəlinin hücum planını yazdığı kağızlar qaldığı otel otağında aşkar edilib. "CBS News"a danışan rəsmi mənbələr bildiriblər ki, Coul Tomas Allen adlı şübhəli Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən hadisədən əvvəl planını yazıb. Onun yaxınlarından biri bu barədə polisi məlumatlandırıb.

Mənbənin sözlərinə görə, şübhəli oteldə yazdığı qeydlərdə Tramp administrasiyasının üzvlərini hədəfə almaq istədiyini “açıq şəkildə qeyd edib”.

Həmçinin bildirilir ki, hadisədən sonra dindirilən digər ailə üzvü Allenin radikal fikirlərə meyilli olduğunu, istifadə etdiyi dilin isə “mövcud dünyadakı problemləri həll etmək üçün nəsə etmək” niyyətinə işarə etdiyini deyib.

Rəsmi şəxslərin məlumatına görə, şübhəlinin “manifest” adlandırdığı mətnində o administrasiya nümayəndələrini “ən yüksək rütbədən ən aşağıya doğru prioritet sıra ilə” hədəf almağı planlaşdırdığını, lakin bunu “yalnız zərurət yaranarsa” edəcəyini yazıb. Bu məlumatın hüquq-mühafizə orqanları və Ağ Ev rəsmiləri tərəfindən təsdiqləndiyi qeyd olunur.

ABŞ mediasında yer alan digər xəbərlərdə isə şübhəlinin qeydlərində özünü “dostcanlı federal sui-qəsdçi” adlandırdığı vurğulanır.

Hadisə zamanı "White House Correspondents Association" tərəfindən təşkil edilən şam yeməyində atəş səsləri eşidildikdən sonra Donald Tramp mühafizəçilər tərəfindən zaldan çıxarılıb. Canlı yayımlanan tədbirdə səs-küy yemək servisi başladıqdan qısa müddət sonra yaranıb və təhlükəsizlik qüvvələri uzun lüləli silahlarla zalda görünüb.

Hadisədən sonra Tramp sosial şəbəkədə şübhəlinin saxlanıldığını açıqlayıb. Sosial mediada onun otel foyesində üzüaşağı vəziyyətdə saxlanıldığı görüntülər yayılıb.

Hadisə nəticəsində bir Məxfi Xidmət əməkdaşının yaralandığı, lakin vəziyyətinin yaxşı olduğu bildirilib. Tramp hücumun İranla mümkün müharibə ilə əlaqəsi barədə suala isə “Belə düşünmürəm, amma bunu heç vaxt tam bilmək olmaz” cavabını verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Aprel 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri