Icma.az
close
up
RU
Dostluq, qardaşlıq və qarşılıqlı dəstəyin təzahürü

Dostluq, qardaşlıq və qarşılıqlı dəstəyin təzahürü

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası ilə Türkmənistan arasında münasibətlər ortaq tarixə, mədəni dəyərlərə, dil yaxınlığına və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra əlaqələrin inkişafına xüsusi diqqət yetirmiş, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daim genişləndirmişdir. Bu baxımdan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlər iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirmişdir.

Səfər zamanı mətbuata verilən bəyanatda Prezident İlham Əliyevin səsləndirdiyi “Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik” fikri Azərbaycan–Türkmənistan münasibətlərinin mahiyyətini aydın şəkildə ifadə edir. Bu sözlər yalnız diplomatik nəzakətin göstəricisi deyil, eyni zamanda xalqlarımız arasında mövcud olan səmimi dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür. Azərbaycan Türkmənistanın beynəlxalq arenada qazandığı uğurları yüksək qiymətləndirir və bu nailiyyətləri qardaş ölkənin inkişafının göstəricisi hesab edir.
Son illər ərzində Azərbaycan və Türkmənistan arasında siyasi dialoq daha da intensiv xarakter almışdır. Dövlət başçıları arasında qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və müxtəlif beynəlxalq platformalarda keçirilən müzakirələr əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunması kimi məsələlərdə oxşar mövqe nümayiş etdirir.
İqtisadi sahədə əməkdaşlıq da münasibətlərin vacib istiqamətlərindən biridir. Xəzər regionunda yerləşən Azərbaycan və Türkmənistan enerji, nəqliyyat və logistika sahələrində geniş imkanlara malikdir. Şərq ilə Qərbi birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi və yeni iqtisadi layihələrin həyata keçirilməsi hər iki ölkənin maraqlarına xidmət edir. Bu əməkdaşlıq regional sabitliyin və iqtisadi inkişafın güclənməsinə də töhfə verir.
Humanitar və mədəni əlaqələr də Azərbaycan–Türkmənistan dostluğunun mühüm sütunlarından biridir. Ortaq türk kökləri, oxşar milli-mənəvi dəyərlər və tarixi bağlar xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Mədəni tədbirlər, təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı humanitar layihələr xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin bəyanatında vurğulanan fikirlər göstərir ki, Azərbaycan Türkmənistanın əldə etdiyi uğurları öz uğuru kimi qiymətləndirir. Bu yanaşma türk dünyasında həmrəyliyin, qarşılıqlı dəstəyin və qardaşlıq münasibətlərinin güclənməsinin bariz nümunəsidir. Azərbaycanın Türkmənistanla münasibətləri qarşılıqlı etimada əsaslanır və gələcəkdə daha da inkişaf etmək üçün möhkəm təmələ malikdir.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri və bu səfər çərçivəsində səsləndirilən bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Prezident İlham Əliyevin “Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik” sözləri Azərbaycan–Türkmənistan münasibətlərinin səmimiliyini, dostluğunu və gələcəyə yönəlmiş əməkdaşlıq ruhunu ifadə edən mühüm mesaj kimi dəyərləndirilə bilər. Bu münasibətlər bundan sonra da regionda sülhə, sabitliyə və inkişafın təmin olunmasına öz töhfəsini verəcəkdir.

Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyun 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri