Icma.az
close
up
RU
Dostunu öldürdü, sonra isə... TƏFƏRRÜAT

Dostunu öldürdü, sonra isə... TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Akif Məcidov aralarında yaranmış mübahisə zamanı 1984-cü il təvəllüdlü Zaur Nəmətovu öldürüb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, qətl hadisəsi 2023-cü ilin iyunun 27-də, rayonunun Qala qəsəbəsi, Stansiya-Qala ərazisində yerləşən “Qala Kafesi”nin həyətində baş verib. 
Akif aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zaurla əlbəyaxa olub. Sonra isə özündə olan cib bıçağı ilə Zaurun ürək nahiyəsindən bir ədəd zərbə vurub. O, aldığı zərbədən ölüb. 
Hadisəni törədən Akifin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Akif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2023-cü ilin iyunun 27-də bütün gününü evdə keçirib: “Axşam saat 18:00-da məhəlləyə çıxdım və küçədə biraz gəzişdim. Daha sonra taksi ilə Keşlə qəsəbəsinə getdim. Keşlə qəsəbəsində dostum ilə görüşüm olsa da, dostumun işi çıxdı. Buna görə də zəng edərək görüşə gələ bilməyəcəyini dedi. Həmin vaxt Keşlə qəsəbəsində kafedə əyləşdim. Kafedə oturan vaxt içəriyə Keşlə qəsəbəsində olan tanışlarımdan Nurlan və Edo adlı şəxslər daxil oldu. Həmin şəxslərlə 1-2 bakal pivə içdikdən sonra sağollaşaraq oradan ayrıldım. Keşlə qəsəbəsindən çıxdıqda saat təxminən 21:00 olardı. Kafedən çıxdıqda tanışım Asimə zəng etdim. Lakin Asim zənginə cavab vermədi. Sonra tanışım Əliyə zəng vurdum. Əliyə və Asimə zəng etməkdə məqsədim təxminən 1-2 ay idi ki, onlarla görüşə bilmədiymdən, onlarla hal-əhval tutmaq olub. Əli ilə telefon danışığı zamanı dedim ki, Asimə zəng etdim, telefonu götürmədi. Əliyə görüşmək istədiyimi bildirəndə, Əli də cavabında dedi ki, Qala ərazisində yerləşən “Dəyirman” restoranında Asimlə oturmuşuq, istəyirsən bura gəl. Mən də Əli ilə razılaşdım və dostum Azərin avtomobili ilə Qala qəsəbəsinə gəldim. Azərlə birlikdə restorana daxil olduqda həmin vaxt tanışlarım Əli, Asim, İslam və Zaur masa arxasında yenicə əyləşmişdilər. Azər təxminən 10-15 dəqiqə bizimlə oturdu. Daha sonra işinin olduğunu dedi və sağollaşaraq avtomobili ilə evinə getdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, Asimlə İslam spirtli içki qəbul etməsə də, Əli, o və Zaur restoranda 1-2 bakal pivə içdikdən sonra kababla təxminən 0,7 litr də araq qəbul ediblər: “Yeyib-içmək məclisi qurtardıqdan sonra hesabı ödədik, restorandan çıxdıq. İslamın avtomobilinə əyləşərək başqa bir yerdə çay içməyə qərar verdik. İslam avtomobili “Stansiya-Qala” ərazisində yerləşən “Qala Kafesi”nin qarşısında saxladı. Avtomobildən düşərək kafedə əyləşdik, çay sifariş etdik. Həmin vaxt telefonla başqa bir dostum ilə əsəbi şəkildə danışdım. Danışığımı qurtardıqdan sonra Zaur mənə nalayiq formada “bəsdir də, baş-beynimizi xarab eləmə də” dedi. Mən də Zaurun həmin sözündən təsirləndim, həm də içkili olduğuma görə aydın düşünə bilmədim. Eyni zamanda həmin anadək Zaurla nalayiq formada danışmadığımdan onun mənə belə nalayiq söz deməyi özümdən çıxartdı. Mən  Zaurdan nəyə görə söyüşlə danışmasını soruşdum. Aramızda sözlü mübahisə başladı və bir-birimizi söyməyə başladıq”. 
Akifin sözlərinə görə, daha sonra Zaur ona təpiklə zərbələr vurub, həmin zərbənin təsirindən yıxılmasın deyə Zaurun köynəyindən tutub: “Bu zaman Zaurun köynəyi tikişdən söküldü. Həmin vaxt hər ikimiz yerə yıxıldıq. Bundan sonra tanışlarım - Asim, İslam və Əli bizi ayırdılar. Həmin vaxt kafedə bizdən başqa adam olmayıb. Daha sonra kafenin çölündə qoyulan stollarda əyləşdik və tanışlarım bizi barışdırdı. Əli və Asim bizi ayırarkən üst-başımız toz olduğundan sanitar qovşağına paltarlarımı təmizləməyə getdim. Mən Zaurla bir masa arxasında əyləşərkən anidən sol tərəfdən sifət nahiyəmə güclü zərbə ilə şillə vurdu. Bu zərbənin təsiri nəticəsində yerə yıxıldım. Zaurun altında olduğum üçün ancaq özümü onun zərbələrindən qorumağa çalışdım. Zaur hər iki dizi ilə dirsəklərimi tutaraq zərbə endirdi, məni boğmağa çalışdı. Uşaqlıqdan etibarən ürəyimdə xəstəlik olduğundan nəfəs almaqda çətinlik çəkdim. Mən ancaq sağ əlimlə sağ cibimdə olan açarı götürdüm və həmin açarla Zauru özümdən kənarlaşdırmağı fikirləşdim. Sağ əlimlə “breloklu açarı” götürmək istədim. Amma Zaur sol əli həmin açarı götürdü və mənim sol əlimə xəsarət  yetirdi”. 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra  əlləri ilə Zaurun əllərini tutub və ayaqlarıyla onu itələməyə çalışsa da, Zauru özündən kənarlaşdıra bilməyib: “Bu zaman Zaur üstümə yıxıldı. Zaurun sinəsini tutdum və ayağa qalxdıqda təəccübləndim. Zaur çölə çıxdıqda yerdəki qanı və əlimdəki xəsarəti gördüm. Bu zaman tanışlarım Zaurun yaralandığını bildirdi. Əligil onu qəsəbədə yerləşən tibb məntəqəsinə apardıq. Avtomobildə yer olmadığı üçün mən Asimlə birlikdə taksi ilə gəldik. Həkimlər Zauru müayinə etdikdən sonra onun öldüyünü bildirdilər. Daha sonra etdiyim hərəkətə görə peşman oldum və polisə zəng edərək hadisə barədə məlumat verdim. Könüllü olaraq polisə təslim oldum”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Akif Məcidov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını  ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see355

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see300

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see287

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see262

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see259

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see256

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see250

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see250

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see242

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see236

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see234

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see216

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see211

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see207

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see207

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see203

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see201

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see195

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri