Dostunu polisə işə düzəltmək adı ilə aldatdı, altı min manat aldı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Bakı sakini dostunu işə düzəltmək adı ilə aldadıb ona qarşı dələduzluq edib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Bakı şəhər sakini Valeh Məmmədov (soyadı şərtidir) xalası oğlu Coşqunun əsgər yoldaşı Ağasəlim Ağayevlə (soyadı şərtidir) dostlaşaraq onu mühafizə polisinə işə düzəltməyi söz verib. Bundan sonra Valeh tez-tez Ağasəlimlə görüşüb, iş barəsində danışıqlar aparıb.
Bir neçə gün sonra isə Valeh Ağasəlimə zəng vuraraq ondan işə düzəlmək üçün 6 min manat rüşvət tələb edib. Ağasəlim də işin düzəldiyini zənn edib Valehə 6 min manat göndərib. Bir müddət sonra dostunu inandırmaq istəyən Valeh ona zəng vuraraq işin düzəldiyini bildirib. O, Ağasəlimdən təcili Bakıya gəlməyi istəyib. Bildirib ki, guya o, Bakıda imtahandan keçməlidir.
Dostuna inanan Ağasəlim Bakıya gələrək mənzil kirayələyib və Valehdən işlə bağlı cavab gözləyib. Amma aylarla gözləsə də, Valehdən cavab çıxmayıb.
Bundan sonra Ağasəlim məsələ ilə bağlı polisə müraciət edib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Valeh Məmmədov 3 il azadlıqdan məhrum edilib.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 12 Avqust 2025 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















