Icma.az
close
up
RU
Dövlət Agentliyi: 1183 ölçmə vasitəsinin tipi təsdiq olunub

Dövlət Agentliyi: 1183 ölçmə vasitəsinin tipi təsdiq olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 1 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-iyul ayları ərzində keyfiyyət informasiya sistemi vasitəsilə standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiq olunması ilə bağlı 2826 müraciət daxil olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bunlardan 550 müraciət üzrə ölçmə vasitəsinin olmaması, 180 müraciət üzrə isə tipi təsdiq olunmuş ölçmə vasitələrinin dövlət reyestrində olması ilə bağlı məktub hazırlanaraq elektron qaydada cavablandırılıb. 347 müraciət imtina olunub, 1183 ölçmə vasitəsinin tipi təsdiq olunaraq sertifikat hazırlanıb, 566 müraciət üzrə araşdırma davam edir.

Bu il ərzində tipi təsdiq olunmuş ölçmə vasitələri arasında fiziki-kimyəvi ölçmə vasitələri, təzyiq, sərf və həcm ölçmə vasitələri, tibbi ölçmə vasitələri daha üstün mövqedədir və ümumi verilmiş sertifikat sayının 47 faizini təşkil edir.

Qeyd edək ki, standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi insan həyat və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerinə yetirilən tənzimləmə prosesidir.

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahələrdə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən standart nümunələrin və ölçmə vasitələrinin dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi ölçmələrin obyektiv, etibarlı və müqayisə ediləbilən nəticələrinin əldə edilməsinə xidmət edir.

Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması ilə bağlı müraciətlər 2024-cü il mayın 1-dən etibarən Keyfiyyət infomasiya sistemi (https://e-keyfiyyet.gov.az/home) vasitəsilə həyata keçirilir.

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikat almaq üçün müraciətçi ərizə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

- standart nümunənin və ya ölçmə vasitəsinin pasportu, istismar sənədləri, istehsalçı müəssisənin sənədlər dəsti;

- istehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilən, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikat (olduqda);

- standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsviri;

- standart nümunənin və ölçmə vasitəsinin yoxlama metodikası.

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədilə agentliyə daxil olmuş ərizə qeydiyyata alındıqdan sonra 3 gün müddətində daxil olmuş sənədlər sınaqların keçirilməsi üçün akkreditasiya edilmiş sınaq laboratoriyasına göndərilir. Sınaq laboratoriyası sınaqlar başa çatdıqdan sonra 3 gün müddətində standart nümunələrin və ya ölçmə vasitələrinin sınaq aktını agentliyə göndərir. Sınaq aktı əsasında 3 gün müddətində agentlik qərar qəbul edir və 1 gün müddətində tipin təsdiqi barədə sertifikat hazırlanır.

Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə hazırlanmış sertifikatlar fiziki və hüquqi şəxslərə Bakı KOB Evində təqdim olunur.

Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikat 5 il müddətinə verilir. Tipi təsdiq edilmiş standart nümunələr və ya ölçmə vasitələri barədə məlumatlar dövlət reyestrinə (https://e-keyfiyyet.gov.az/informative-services/registry) daxil edilir. İctimaiyyətə açıq olan bu məlumatlar şəffaflığın təmin olunmasına xidmət edir və daimi olaraq yenilənir.

Hüquqi və fiziki şəxslər hər hansı bir standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiq edilib-edilmədiyi barədə məlumatları Keyfiyyət informasiya sisteminin “İnformativ xidmətlər” (https://e-keyfiyyet.gov.az/informative-services) bölməsindən əldə edə bilərlər.

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30.4-cü maddəsinə əsasən, 30 manat məbləğdə dövlət rüsumu nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri