Dövlət Agentliyi peşə təhsili üzrə azad edilən ərazilərdə çalışmaq üçün müraciət ETDİ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi sosial şəbəkədə Qarabağın dirçəlişində iştirak edən, peşə təhsili üzrə azad edilən ərazilərdə çalışan şəxslərlə bağlı paylaşım edib.
Bu barədə Redaktor.az-a nazirlikdən bildirilib. Paylaşımda deyilir ki, peşə təhsili alaraq azad edilən ərazilərdə çalışan şəxslərdən biri də Bərdə rayon sakini olan Toğrul Dadaşzadədir. O, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. 2024-cü ildə elektrik avadanlıqlarının quraşdırılması və istismarı ixtisası üzrə məzun olduqdan sonra, Ağdam Sənaye Parkında İşarəvermə, Mərkəzləşdirmə və Bloklama üzrə elektrik kimi işə başlayaraq Qarabağın dirçəlişində birbaşa iştirak edir:
“Bu, sadəcə, bir gəncin uğur hekayəsi deyil, illərlə nisgillə baxdığımız torpaqlara həyatın, işığın, ümidin geri qayıdışıdır. Sən də yolunu peşə ilə başla, peşə təhsili və təlimi al, Qarabağa peşənlə qayıt”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 24 May 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















