Icma.az
close
up
RU
Dövlət Agentliyinin sədri: Azərbaycan yeni çağırışlara hazırdır

Dövlət Agentliyinin sədri: Azərbaycan yeni çağırışlara hazırdır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

Müasir texnologiyalar və innovasiyalar həyatımızın tərkib hissəsidir. İstər iqtisadiyyatda, istər sosial həyatda, istər şəxsi həyatda, istərsə də dövlət idarəetməsində müasir texnologiyaların tətbiqi labüddür. Çünki süni intellekt hər şeydən öncə bir vasitədir. Məqsəd isə süni intellekt kimi texnologiyalardan istifadə etməklə qarşıya qoyulan hədəflərə, vəzifələrə, vətəndaşların rifahına, inkişafa nail olmaqdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dövlət Agentliyinin sədri bildirib ki, son illər müxtəlif beyin araşdırma mərkəzləri, elmi institutlar, beynəlxalq araşdırma mərkəzləri bu sahədə çox ciddi tədqiqatlar aparır, hesabatlar hazırlayır: "Dünya İqtisadi Forumunun 2025-ci il üzrə süni intellekt sahəsində hesabatına baxsaq, orada çox ciddi rəqəmlər və proqnozlar olduğunu görərik. Xüsusilə də süni intellekt tipli texnologiyaların və yaşıl keçid transformasiyasının tətbiqi nəticəsində dünyada 90 milyondan çox iş yerinin ləğvi, lakin onun əvəzində 170 milyona yaxın yeni iş yerinin formalaşdırılmasından söhbət gedir. Sevindiricidir ki, yeni iş yerləri formalaşacaq, ancaq bu, ümumilikdə iş anlayışının strukturuna, arxitekturasına ciddi təsir göstərəcək. Çünki ləğv olunan iş yerlərinə münasibətdə yeni iş yerləri, yeni bacarıqlar, yeni biliklər tələb edəcək. Bu istiqamətdə artıq istər beynəlxalq təşkilatlar, şirkətlər, istərsə də dövlətlər vətəndaşları hazırlamaq üçün ciddi tədbirlər həyata keçirir. Qürurla bildirməliyik ki, Azərbaycan da bu istiqamətdə heç də gecikməyib, tam vaxtında əməli tədbirlər, islahatlar aparılır. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı buna misal göstərmək olar. Çünki orada konkret hədəflər və tədbirlər var. Orada sosial rifahın artırılması, yeni iş yerlərinin yaradılması istiqamətində süni intellektin əhəmiyyətini, rolunu artıran ciddi tədbirlər nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlət olaraq yeni çağırışlara hazırdır və bu fonda islahatlarını davam etdirir".

Ülvi Mehdiyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən də bəhs edərək bildirib ki, 13 ildir yaradılan "ASAN xidmət" Prezident İlham Əliyevin dövlət xidmətləri və idarəetməsi sahəsində bir innovasiyasıdır. Həmin innovasiya artıq bu gün 30-dan çox ölkəyə ixrac olunur:”"ASAN xidmət" konsepsiyasının mahiyyəti və məqsədi də vətəndaşyönümlü, etik və məsuliyyətli xidmətlərin təşkilidir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurlu icrasında innovasiyaların, müasir texnologiyaların tətbiqinin rolu var. Məhz buna görə də "ASAN xidmət" bu gün Azərbaycanın intellektual brendi kimi dövlət xidmətləri sahəsində digər ölkələrə ixrac olunur, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Lakin bu o demək deyil ki, biz artıq bununla kifayətlənməliyik. Əlbəttə, süni intellekt tipli yeni texnologiyalar müasir çağırışlar yaradır. Biz bu yeni çağırışlara cavab vermək üçün islahatları, təkmilləşdirmələri aparmalıyıq. Süni intellekt bunun üçün bir vasitədir, məqsəd isə onun vətəndaşmərkəzli, məsuliyyətli, vətəndaşların rifahını yüksəldən, onlara istər iqtisadi, istər sosial, istərsə də inzibati sahələrdə daha yüksək səviyyədə xidmətin göstərilməsində istifadəsi və buna nail olmaqdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri