Icma.az
close
up
RU
Dövlət Agentliyinin şirkətləri külli miqdarda borca düşüb SİYAHI

Dövlət Agentliyinin şirkətləri külli miqdarda borca düşüb SİYAHI

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bəzi şirkətlərin dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb.

Tribunainfo.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Agentliyinin avtomobil yollarının tikintisi və istismarı sahəsində fəaliyyət göstərən bəzi şirkətlərinin dövlət qarşısında vergi borcu olduğu üzə çıxıb.

1) Bakı 1 №-li Yol İstismarı MMC – vergi borcu 708 860 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 49 299 983 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Zaur Həmzəyevdir. Onun AAYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qardaşı oğlu olduğu bildirilir.

2) 17 №-li Xüsusi Təyinatlı Yol İstismarı – vergi borcu 1 323 629.68 manatdır.

2018-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin direktoru Şahin Süleymanovdur. Onun AAYDA-nın rəhbəri Saleh Məmmədovun yaxın qohumu olduğu bildirilir.

3) 41 №-li Yol İstismarı MMC – vergi borcu 944 268.33 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 469 018 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Fayiq Əliyevdir.

4) 37 №-li Yol İstismarı MMC – vergi borcu 997 867.85 manatdır.

2005-ci ildə dövlət qeydiyyatına alınan və 2 000 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Füzuli Quliyevdir.

5) 43 №-li Yol İstismarı MMC – vergi borcu 10 780 151.13 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 063 194 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru İlham Əzimovdur.

6) 11 №-li Xüsusi Təyinatlı Yol İstismarı – vergi borcu 13022.34 manatdır.

2011-ci ildə dövlət qeydiyyatına alınan şirkətin direktoru Hikmət Seyidovdur.

7) 31 №-li Yol İstismarı MMC – vergi borcu 152612.47 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 700 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Aqil Vəliyevdir.

8) 9 №-li Yol İstismarı MMC – vergi borcu 1 351 023.51 manatdır.

2005-ci ildə dövlət qeydiyyatına alınan və 2 500 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Rəşad Kərimovdur.

9) 16 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC – vergi borcu 4 351 590.54 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 326 920 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Kazım Hüseynovdur.

10) 55 №-li Yol İstismarı MMC – vergi borcu 397614 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 493 611 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Firdovsi Qafarovdur.

11) 3 №-li Yol İstismarı MMC – vergi borcu 72 587.79 manatdır.

2004-cü ildə dövlət qeydiyyatına alınan və 6 000 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Mübariz Əkbərovdur.

12) 2 №-li Magistral Yolların İstismarı – vergi borcu 2 549 104.66 manatdır.

2016-ci ildə dövlət qeydiyyatına alınan və 6 000 000 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Əli Mikayılovdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri