Icma.az
close
up
RU
Dövlət bağçalarında ödəniş tələb olunur? RƏSMİ

Dövlət bağçalarında ödəniş tələb olunur? RƏSMİ

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bəzi dövlət məktəbəqədər təhsil müəssisələrində valideynlərə müəssisə daxilində əlavə dərnəklərin fəaliyyət göstərdiyinə dair məlumatlar verilir. Valideynlər iddia edirlər ki, övladlarını bu dərnəklərə qoymaları üçün müəssisə tərəfindən əlavə ödəniş edilməsi təklif olunur.

Bəs dövlət məktəbəqədər təhsil müəssisələrində ödənişli formada belə dərnəklərin təşkilinə icazə varmı?

Redaktor.az-ın məlumatına görə, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, məktəbəqədər təhsilin əsas məqsədi uşaqların erkən yaş dövrlərində idrak, fiziki və yaradıcı potensiallarının inkişafı, mədəni səviyyələrinin yüksəlməsi, psixoloji dayanıqlıqlarının gücləndirilməsi, estetik tərbiyələrinin təşkili və sadə əmək vərdişlərinə yiyələnməsi üçün imkanların yaradılmasıdır. Bu dövr həmçinin uşaqların ətraf aləmə və şəxsi sağlamlığa qarşı şüurlu və həssas münasibətinin formalaşmasına, həyati bacarıqları qazanmasına və şəxsiyyətlərinin ilkin inkişafına zəmin yaradır. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət etmək, estetik dünyagörüşü, nitq, təsvir və tərtibat bacarıqları, sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə riayət etmək məsələləri öyrədilir.

Məktəbəqədər təhsil müəssisələrində təhsil dövlət standartlarına əsaslanan kurikulum əsasında tərtib edilir və təşkil olunur. Məktəbəqədər təhsil müəssisələrində valideynlərin istəkləri nəzərə alınaraq müxtəlif dərnəklər təşkil etmək olar ki, bu dərnəkdə xarici dil öyrədilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:411
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Avqust 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri