Dövlət Bağçalı İmralı həbsxanasında Öcalanla görüşməyə hazır olduğunu bildirib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı İmralı həbsxanasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşməyə hazır olduğunu bəyan edib.
APA xəbər verir ki, MHP lideri bu barədə partiyasının qrup iclasında bildirib.
“Açıq şəkildə deyirəm. Lazım gəlsə, üç dostumu da götürüb İmralıya gedərəm”, - o qeyd edib.
Dövlət Bağçalı vurğulayıb ki, terrordan azad bir Türkiyənin hədəfi getdikcə daha da güclənməkdirsə, İmralıya getməkdən çəkinməyin mənası yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb. PKK liderinin çağırışından sonra bir qrup təşkilat üzvü Süleymaniyyədə tərksilah olub.
PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.
Dövlət Baxçalı Öcalanla danışıqlar aparan DEM Partiya heyəti ilə də görüşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 18 Noyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















