Dövlət Baxçalı: “İrana qarşı müharibə zəncirvari münaqişələrə səbəb ola bilər”
Ayna saytına istinadən Icma.az xəbər verir.
“ABŞ-ın İrana mümkün hərbi hücumu və orada rejim dəyişikliyi dağıdıcı qlobal münaqişələr təhdidi yaradır”
“ABŞ-ın İrana mümkün hərbi hücumu və orada rejim dəyişikliyi dağıdıcı qlobal münaqişələr təhdidi yaradır”. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın hakim ittifaqdakı yaxın silahdaşı, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
“ABŞ-ın silah və güc tətbiq edərək müdaxilələri, istismar və genişlənməyə əsaslanan aqressiv tələbləri müstəqil dövlətlərin suveren bərabərliyini şübhə altına aldığı bir nöqtəyə çatıb. Venesueladan sonra İsrail tərəfindən təhrik edilən ABŞ-ın İrana qarşı hərbi əməliyyat ehtimalı təkcə İran və bölgəmiz üçün deyil, bütün dünya üçün dağıdıcı təsir göstərəcək fundamental təhlükə yaradır”, - deyə Baxçalı parlamentdə bildirib.
O qeyd edib ki, "İranda rəhbərliyin guya mülayim, lakin əslində kukla liderlərə çevrilməsi ssenarisi bir sıra son dərəcə ciddi nəticələrə səbəb olacaq".
"Bu, fəlakətə açıq bir dəvətdir. ABŞ-ın İrana hücumu qəbuledilməz imperialist vandalizm aktı olardı. Heç bir ölkənin bunu etmək hüququ və ya səlahiyyəti yoxdur. İrana qarşı hərbi əməliyyata başlamaq, həll olunmaz problemlərin zəncirvari reaksiyasına səbəb olar. Rusiya və Ukrayna arasında davam edən münaqişədən sonra İranın münaqişəyə girməsi kabus ssenarilərinin reallığa çevrilməsi və müharibə və münaqişə atmosferinin qlobal miqyas alması demək olardı", - deyə MHP rəhbəri bildirib.
"İranın və digər suveren və müstəqil dövlətlərin gələcəyini effektiv şəkildə müəyyən edə və təmin edə bilən yeganə qüvvə öz xalqlarının ləyaqəti və iradəsidir. Bölgəmiz başqa bir müharibəyə tab gətirə bilməz", - deyə Baxçalı qeyd edib.
Baxış sayı:57
Bu xəbər 03 Fevral 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















