Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Dövlət Bayrağımızın ucalığı milli kimliyimizin rəmzidir

Dövlət Bayrağımızın ucalığı milli kimliyimizin rəmzidir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər bir xalqın yaddaşında onu birləşdirən, ruhunu ifadə edən müqəddəs simvollar olur. Azərbaycan üçün bu simvolların ən parlaq və dəyərli olanı üçrəngli Dövlət Bayrağımızdır. 9 Noyabr tarixi bu mənada millətimizin qürur günü, dövlətçiliyimizin ideya dayağı kimi xüsusi əhəmiyyət daşıyır. Bu gün parlayan rəngin, xalqın keçdiyi tarixi yol, azadlıq mübarizəsinin və milli dirçəlişin nişanəsidir. Bayrağımızın hər bir rəngi dərin mənalar daşıyır. Mavi – türk kimliyimizi, yaşıl – mənəvi və dini dəyərlərimizi, qırmızı isə müasirliyə, inkişaf və azad düşüncəyə yönələn yolumuzu təmsil edir. Bu üç rəng birlikdə xalqımızın keçmişini, bu gününü və gələcəyə olan inamını birləşdirir. Onun dalğalanması hər bir vətəndaş üçün qürur mənbəyidir, çünki bu bayraq Vətənin azad səmasında minlərlə qəhrəmanın qanı, zəhməti və inamı bahasına ucalıb. Dövlət Bayrağı Günü rəsmi tarixin, milli birliyin, dövlətə sədaqətin və vətən sevgisinin təntənəsidir. Hər il bu gün küçələr, meydanlar, məktəblər və dövlət idarələri bayrağın rəngləri ilə bəzədilir, xalq öz rəmzinə olan sevgisini nümayiş etdirir. Uşaqların əlində dalğalanan üçrəngli bayraq gələcəyin daha güclü, daha vətənpərvər nəsillərinin yetişdiyini göstərir. Azərbaycanın müstəqillik tarixində bayrağımızın bərpası böyük siyasi və mənəvi hadisə kimi yadda qalıb. 1918-ci ildə qəbul edilən bu bayraq o dövrün ən cəsarətli dövlət qərarlarından biri idi. Sovet dönəmində uzun illər gizli qalan bu rəmz 1990-cı illərin əvvəllərində yenidən yüksəldi. 1993-cü ildən sonra isə ölkəmizin hər bir guşəsində dövlətimizin rəmzi kimi qürurla dalğalanmağa başladı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bayrağımız təkcə paytaxtda deyil, işğaldan azad edilmiş torpaqlarda da ucalır. Şuşada, Xankəndidə, Laçında, Zəngilanda dalğalanan üçrəng milli qürurumuzu, dövlətimizin suverenliyini və qətiyyətini əks etdirir. Bu mənzərə hər bir azərbaycanlının yaddaşında qalacaq ən böyük tarixi qələbə simvoludur. Bayraq sevgisi insanın içindən gələn bir hissdir. O, dövlətin rəsmi rəmzi olmaqla yanaşı, hər bir azərbaycanlının ruhuna hopmuş mənəvi dəyərdir. Hər dəfə bayrağımıza baxanda içimizdə doğan o qürur hissi xalqın həmrəyliyinin, dövlətin möhkəmliyinin təzahürüdür. Bu gün cəmiyyətin bütün təbəqələri – elm adamları, gənclər, tələbələr, əsgərlər və sadə vətəndaşlar – bayraq ətrafında bir amal ətrafında birləşir: güclü, müasir, müstəqil Azərbaycan qurmaq. Bu birləşmə həm sosial, həm də siyasi sabitliyin rəhni kimi çıxış edir. Bayraq həm də məsuliyyətdir. Onu qorumaq, uca tutmaq, mənasını yaşatmaq hər bir vətəndaşın borcudur. Hər birimizin davranışında, işində, münasibətində bu rəmzin təmsil etdiyi dəyərlər – dürüstlük, çalışqanlıq və vətənpərvərlik – öz əksini tapmalıdır. 9 Noyabrı qeyd etmək – keçmişə hörmət, bu günə məsuliyyət və gələcəyə inam deməkdir. Bu gün bayrağımızın altında birləşən Azərbaycan xalqı dünyaya güclü, qətiyyətli və müstəqil bir millət olduğunu göstərir. Bu üçrəngin ucalığı həm səmada, həm də qəlbimizdə daim parlayacaq.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri