Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

“Dövlət borcu iqtisadiyyata birbaşa və dolayı yollarla təsir göstərir“ EKSPERT DANIŞDI

“Dövlət borcu iqtisadiyyata birbaşa və dolayı yollarla təsir göstərir“ EKSPERT DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Dövlət borcunun ölkə iqtisadiyyatına təsiri həm birbaşa, həm də dolayı kanallarla özünü göstərir. Birbaşa təsir dövlətin xərclərini və vergi siyasətini formalaşdırmaqla ortaya çıxır: borcun həcmi artdıqca dövlət onun ödənişi üçün ya vergiləri artırmalı, ya da xərcləri ixtisar etməlidir”.

Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, bu, iqtisadi subyektlərin gəlir gözləntilərinə təsir göstərir və sərmayə qoyuluşunu azalda bilər, çünki firmalar və fərdlər yüksək vergi və faiz ödəmələrinin iqtisadi fəallığı yavaşladacağını gözləyirlər:

”Dolayı təsir isə əsasən maliyyə bazarları və faiz dərəcələri üzərindən əmələ gəlir. Dövlət borcu yüksəldikcə borclanma xərcləri artır, bu isə özəl sektorun kredit əldə etmə imkanlarını məhdudlaşdırır və nəticədə investisiya səviyyəsi azalır, iqtisadi artım tempində zəifləmə müşahidə olunur. Uzunmüddətli perspektivdə isə yüksək dövlət borcu inflyasiya riskini artırır, valyuta məzənnəsinin sabitliyinə təsir edir və dövlətin maliyyə dayanıqlığını zəiflədə bilər.

Əgər borc idarəolunmaz səviyyəyə çatarsa, dövlət borclarını ödəmək üçün əlavə vergi toplamalı və ya xərcləri kəsməli olacaq. Bu isə sosial sahələrdə xərclərin azalmasına, iqtisadi aktivliyin zəifləməsinə və işsizliyin artmasına gətirib çıxara bilər.

Digər tərəfdən, dövlət borcunun məqsədyönlü və səmərəli idarə edilməsi iqtisadi artımı təşviq edə və gələcəkdə borcun faiz ödəmələrini qarşılamaq üçün əlavə gəlir mənbələri yarada bilər. Borcun iqtisadiyyata təsiri yalnız risklərdən ibarət deyil, düzgün siyasətlə həm də imkanlar yarada bilər.

Beləliklə, dövlət borcu iqtisadi siyasətin həm mühüm aləti, həm də potensial təhlükə mənbəyi kimi qiymətləndirilməlidir. Onun makroiqtisadi təsiri borcun həcmi, idarəolunma səviyyəsi və iqtisadiyyata yönəldilən xərclərin təyinatından asılıdır.

İqtisadiyyatın dayanıqlı inkişafı və maliyyə sabitliyi üçün dövlət borcunun strateji idarə olunması, həm cari, həm də gələcək nəsillərin rifahını qorumaq baxımından əhəmiyyətlidir.

İdarə olunan borc siyasəti yalnız risklərin azaldılması deyil, eyni zamanda investisiya və iqtisadi artım üçün stimul rolunu da oynaya bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Fevral 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see430

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see323

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see320

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see300

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see294

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see278

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see278

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see268

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see248

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see229

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see213

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see211

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see200

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see196

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see189

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see188

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see183

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see175

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri