Icma.az
close
up
RU
“Dövlət büdcəsi hesabına yalançı məşğulluq yaranır ki, ölkədə işsizlik problemi şişməsin” Xalid Kərimli

“Dövlət büdcəsi hesabına yalançı məşğulluq yaranır ki, ölkədə işsizlik problemi şişməsin” Xalid Kərimli

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanda işsizlərin sayı Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə 229 min nəfərdir. Ümumiyyətlə ölkədə təqribən 5,4 milyon iqtisadi fəal əhali var. Onun 5,2 milyonu məşğul əhali hesab olunur”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Azərbaycanda dövlət işçilərinin sayının azalmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə 200 mindən çox əhali işsiz kimi qeydiyyata alınıb:

“200 mindən çox əhali işsiz kimi qeydiyyata alınmış hesab olunur. İşsizlərə işsizlik sığorta fondundan ortalama 436 manat müavinət ödənilir. İşsiz kimi qeydə alınmağın qaydaları var. Yəni işsiz aktiv surətdə iş axtaran olmalıdır. Ən azı 2 təklif olunmuş  uyğun işdən imtina etməməlidir. Çünki iş axtarmayanda, ard-arda təklif olunmuş işlərdən imtina edəndə artıq işsiz sayılmır. Vətəndaşın mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq varsa, o da işsiz sayılmır”.

Qeyd edim ki, təqribən 20000-dən çox özəl sektor daha çox iş yeri verir. Dövlət sektorunda 873 min, özəl sektorda 896 min-dir. Son vaxtlar 1 neçə aydır ki, özəl sektor işsizliyin statistikasında dövlət sektorunu keçib. Əvvəllər mən təhlil edəndə baxırdın ki, bərabər verirlər. Amma bunun demək olar ki, 49%-ni dövlət sektoru verir. Bunun özü də qəribə rəqəmdir. Biz deyirik bazar iqtisadiyyatı, xüsusi mülkiyyət.  Bununla belə təqribən 49 -50 %-in məşğulluğun dövlət verirsə, bu keyfiyyətli məşğulluqla bağlı, özəl sektorun gücüylə bağlı suallar yaradır. Çünki söhbət muzdlu işlərdən gedir. İqtisadi məşğul əhali daha çoxdur. Amma muzdlu işlə işləyənlərin statistikasında cüzi olaraq özəl sektor 1-2 % qabaqdadır”.

Xalid Kərimli vurğulayıb ki, dövlət idarəetməsi özəllə müqayisədə daha səmərəsizdir:

“Qonşu dövlətlərə baxanda görürsən ki, köhnə postsovet dövlətlərində, bizim dövlətə oxşar dövlətlər, postsosial, postsovet dövlətlərində dövlət sektoru 30 % və onun altındadır. Bu göstərir ki, özəl sektorumuz hələ zəifdir, məşğulluğu təmin edə bilmir. Dövlət büdcəsi hesabına, hətta bəzən yalançı məşğulluq da yaranır ki, ölkədə işsizlik problemi şişməsin. Mən hesab edirəm ki, gələcəkdə dövlət sektoru iş yerlərinin statistikası daha da azalmalıdır. Dövlət büdcəsinə pul hardan gəlir? Xalqın sərvəti olan neftin büdcəyə transferti, ordan da əməkhaqları verilir. Yəni dövlət kompakt olmalıdır. Dövlət kiçik olmalıdır. Bilirik ki, dövlət idarəetməsi, dövlət müəssisəsi,  özəllə müqayisədə daha səmərəsizdir. Bu baxımdan mən hesab edirəm ki, muzdlu işçilərlə əlaqədar statistikanın tərkibində dövlətin payı getdikcə azalmağı yaxşı olardı. İnsanların daha çox özəl sektorda çalışması daha yaxşı olardı”.

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Avqust 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri