Icma.az
close
up
RU
Dövlət büdcəsinin gəlir və xərcləri niyə dəyişdirildi?

Dövlət büdcəsinin gəlir və xərcləri niyə dəyişdirildi?

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub. Bu qərar  Prezident İlham Əliyev tərəfindən imzalandıqdan qüvvəyə minəcək. Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə daha 40 milyon manat artırılıb.

Banco.az xəbər verir ki, gələn il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407,6 milyon manat (+4,2 %) olacağı gözlənilir.

Dövlət büdcəsinin gəlir və xərclərin dəyişdirilməsi barədə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, büdcənin gəlir və xərclər hissəsində ilkin variantla ilə müqayisədə fərqlər yaranıb:

“Xərclər arası azalma bəzi Publik Hüquqi Səxslərin öz gəlirlərinin artımı və bəzilərinin isə xərclərinin optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyada dəyişikliklər, bəzi dövlət orqanlarının saxlanılması xərclərinin optimallaşdırılması, “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın maliyyə təminatının bütövlükdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulması ilə bağlıdır.

Xərclər arası artımlar isə müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi və sosial təyinatlı xərclərin əlavə maliyyə təminatı ilə bağlı ehtiyatların yaradılması, Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiya azaldaraq və həmin vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə yenə də Muxtar Respublikasının ərazisində irəli gələn tədbirlərin maliyyə təminatına sərf olunması, Osaka, Kansai Ekspo 2025” Ümumdünya Sərgisində iştirak  məqsədilə Azərbaycan milli pavilyonun idarəedilməsi ilə bağlı xərclərin qarşılanması və digər beynəlxalq fəaliyyətin nəzərə alınması, Milli Məclisində təmsil olunan və təmsil olunmayan siyasi partiyaların sayının artması (təmsil olunan siyasi partiyalar sayı 1 artaraq 11-ə, təmsil olunmayan siyasi partiya isə 6 olmuşdur) və digər səbəblər  ilə bağlıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Bütövlükdə son illər dövlət büdcəsindən Naxçıvana dotasiya məbləğinin azaldılması məsələsinə fikir bildirən Vüqar Bayramov qeyd edib ki, bu bölgəmizdə aparılan struktur islahatları və daxili maliyyə mənbələrinin genişlənməsi ilə bağlıdır:

“Eyni zamanda vəsaitlərin xərclənməsində səmərəliyin və şəffaflığın gücləndirməsi də dövlət büdcəsindən dotasiyaya tələbini azaldır. O baxımdan bir tərəfdən Naxçıvan Muxtar Respublikasının öz daxili gəlirlərinin artması, digər tərəfdən dövlət büdcəsindən ayrılan, paralel olaraq yerli səviyyədə xərclənən vəsaitlərin istifadəsinə nəzarətin güclənməsi Naxçıvan dövlət büdcəsinin strukturunu dəyişib. Bu son illər vəsaitlərdən istifadədə səmərəliliyin artması nəticəsində dotasiyaya tələbin azalmasında özünü göstərir. Bu baxımdan, Muxtar Respublikanın iqtisadiyyatı daha da gücləndikcə dövlət büdcəsindən ödənilən dotasiyaların məbləğlərində azalmalar davam edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://banco.az
archiveBu xəbər 18 Dekabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri