Icma.az
close
up
RU
Dövlət büdcəsinin neftdən asılılığı azalır Sahil Babayev

Dövlət büdcəsinin neftdən asılılığı azalır Sahil Babayev

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Son illər ölkəmizdə aparılan ardıcıl islahatlar qeyri-neft sektorunun davamlı inkişafını şərtləndirib. Hesabat dövründə qeyri neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil etməklə, ümumi ÜDM-in 71,5 faizinə bərabər olub. Bu 2024-cü illə müqayisədə 2,7 faiz real artım deməkdir”.

Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə çatıb ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8 faiz-bəndi və 2 faiz bəndi çoxdur:

“Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son 5 ildə 43,3 faizdən 52 faizə yüksəlib. 2026-cı ilin dövlət büdcəsində qeyri-neft gəlirlərinin xüsusi çəkisinin 57,4 faizə çatdırılması nəzərdə tutulur. Həmçinin qeyd edilməlidir ki, hesabat dövründə cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faiz təşkil edib. Bu, proqnozla müqayisədə 7.5 faiz-bəndi, 2024-cü illə müqayisədə isə 0,2 faiz-bəndi çoxdur. Bildirmək istərdim ki, ortamüddətli dövrün sonuna, yəni 2029-cu ilə hədəfimiz bu göstəricinin 100 faizə çatdırılmasıdır. Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyun 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri