Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq edir FOTO
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Bu barədə "Unikal"a Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Xəbərdarlığa əsasən, dekabrın 14-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi dekabrın 15-i səhər saatlarına kimi davam edəcək. Belə ki, küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-37 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 3.0-4.0, sonrakı inkişafda 6.0-8.0 m. çatacağı proqnozlaşdırılır.
Baxış sayı:121
Bu xəbər 13 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















