Dövlət Dəniz və Liman Agentliyinin nümayəndəsi beynəlxalq tədbirdə ölkəmizi təmsil edib
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndəsi Beynəlxalq Dəniz Təşkilatının (BDT) London şəhərində keçirilən Naviqasiya, kommunikasiya və axtarış-xilasetmə üzrə Alt Komitəsinin (NCSR) 12-ci sessiyasında ölkəmizi təmsil edib.
Beynəlxalq tədbirdə Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev iştirak edib.
Sessiya çərçivəsində texniki və normativ məsələlər müzakirə edilib və müvafiq qərarlar, tövsiyələr hazırlanaraq təqdim olunub.
Beynəlxalq tədbirdə gəmi hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə yeni sistemlərin tətbiqi, GPS və digər peyk sistemlərinin dəqiqliyinin artırılması, həmçinin kibertəhlükəsizlik və texniki xidmət qaydaları nəzərdən keçirilib, gəmi və sahil, gəmi ilə gəmi, eləcə də gəmi ilə peyk arasında məlumat mübadiləsini daha geniş, sürətli və təhlükəsiz şəkildə həyata keçirmək məsələləri müzakirə olunub.
Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev sessiyada iştirakın vacibliyini vurğulayaraq qeyd edib ki, tədbir dəniz təhlükəsizliyi və kommunikasiya sahəsində beynəlxalq tələblər və yeniliklər haqqında birbaşa məlumat əldə etməyə, həmçinin ölkəmizin bu sahədə mövcud təcrübə və ehtiyaclarının nəzərə alınması üçün beynəlxalq platformada məlumatların alınmasına şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 May 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















