Dövlət Departamenti İranla bağlı hadisələr fonunda vətəndaşlarını ehtiyatlı olmağa çağırıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki vəziyyət və artan antiamerikan əhval-ruhiyyə ilə əlaqədar olaraq Amerika vətəndaşlarını bütün dünyada ayıq-sayıq olmağa çağırıb.
APA xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin iyunun 22-də yaydığı rəsmi bəyanatda deyilir.
“İsrail və İran arasında baş verən silahlı toqquşmalar Yaxın Şərqdə nəqliyyat sistemlərinin fəaliyyətində pozuntulara və hava məkanının vaxtaşırı bağlanmasına səbəb olub. ABŞ vətəndaşlarına və maraqlarına qarşı xaricdə etiraz aksiyalarının keçirilməsi ehtimalı mövcuddur. Dövlət Departamenti ABŞ vətəndaşlarına dünyanın bütün bölgələrində ayıq-sayıqlıq nümayiş etdirməyi tövsiyə edir”, – məlumatda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 23 İyun 2025 06:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















