Dövlət Departamenti: İsrailə dəstək Tramp adminstrasiyası üçün prioritet məsələdir
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
İsrailə dəstək ABŞ prezidenti Donald Tramp adminstrasiyası üçün prioritet məsələdir.
Teleqraf.com xəbər verir ki, ABŞ-nin yeni dövlət katibi Marko Rubio İsrail baş naziri Binyamin Netanyahu ilə telefon danışığında belə deyib.
ABŞ Dövlət Departamentinin saytında bildirilir ki, M.Rubio İsrailə dəstək verməyin prezident Donald Tramp adminstrasiyası üçün prioritet məsələ olduğunu deyib.
Bundan başqa, Rubio baş naziri İsrailin HƏMAS-la və "Hizbullah"la mübarizədə qazandığı uğurlar münasibətilə təbrik edib və bundan sonra da Qəzzadakı girovların azad olunması istiqamətində çalışacaqlarını vəd verib.
Dövlət katibi əlavə edib ki, İrandan gələn təhlükələrin aradan qaldırılmasını və sülh üçün yeni imkanların ortaya çıxarılmasını səbirsizliklə gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 23 Yanvar 2025 06:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















