Icma.az
close
up
RU
Dövlət Departamenti: Rusiya qoşunlarını çıxarsa, müharibə indi başa çata bilər

Dövlət Departamenti: Rusiya qoşunlarını çıxarsa, müharibə indi başa çata bilər

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsinə icazə verdiyini rəsmən təsdiqləyib

ABŞ Dövlət Departamenti Ukrayna Silahlı Qüvvələrinə tədarük edilən Amerika raketlərindən istifadə etməklə Rusiyadakı hədəfləri vurmağa icazə verildiyini rəsmən təsdiqləyib. AYNA xarici mediaya istinadən bildirir ki, dövlət katibinin köməkçisi Brayan Nikols G20 sammiti çərçivəsində Braziliyanın “O Globo” nəşrinə müsahibəsində deyib ki, Ukraynaya verilən silahlar “müdafiə imkanlarını genişləndirəcək”.

Nikolsun fikrincə, bu qərar Rusiyaya Ukrayna ərazilərini güc yolu ilə ələ keçirməyin mənasız olduğunu göstərmək məqsədi daşıyır. O, həmçinin ümid etdiyini bildirib ki, “Moskva Rusiya ərazisinə Qərb silahları ilə zərbələr endirməsinə razılıq verdikdən sonra sülh danışıqlarına başlaya və ya qoşunları Ukraynadan tamamilə çıxara bilər”.

Nikols müharibənin Rusiyanın əsassız işğalı ilə başladığını xatırladıb və onun başa çatmasının yalnız Moskvadan asılı olduğunu vurğulayıb.

"Rusiya qoşunlarını çıxarsa, bu, müharibə indi başa çata bilər", deyə bildirib.

Qeyd edək ki, noyabrın 17-də ABŞ Prezidenti Co Bayden Rusiya ərazisində uzaqmənzilli ATACMS raketlərindən istifadəyə icazə verib. “The New York Times”ın mənbələrə istinadən yazdığı kimi, avqustun əvvəlində bir hissəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən tutulmuş Kursk bölgəsindəki Rusiya və Şimali Koreya qoşunları prioritet hədəflər sırasında hesab edilib.

“RBC-Ukrayna” mənbələrinin məlumatına görə, noyabrın 19-na keçən gecə Rusiyadakı hərbi obyektlərə zərbələr endirmək üçün Amerikanın ATACMS raketlərindən istifadə edilib. Hədəf Bryansk vilayətindəki 1046-cı logistika mərkəzinin arsenalı olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Noyabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri