Dövlət Departamenti: Tramp nüvə silahlarının ixtisarının tərəfdarıdır
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp dünya miqyasında nüvə silahlarının sayının daha da azaldılmasının tərəfdarıdır.
"Report"un məlumatına görə, bunu ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas Dinanno bildirib.
"Prezidentin mövqeyi bundan ibarətdir ki, o, dünyada daha az nüvə silahı görmək istəyir. Bu, yaxşı başlanğıc nöqtəsidir", - amerikalı diplomat bildirib.
T.Dinanno həmçinin qeyd edib ki, Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi və məhdudlaşdırılması tədbirləri haqqında ABŞ-Rusiya müqaviləsi yalnız ABŞ-ni məhdudlaşdırıb və səmərəsiz olub.
"Onun müddətinin bitməsi yeni dövr açıb və bu da bizə Prezident Trampın təkmilləşdirilmiş, modernləşdirilmiş müqavilə hazırlamaq ideyasını həyata keçirməyə imkan verib", - o hesab edir.
T.Dinannonun sözlərinə görə, yeni müqavilə rəsmi Moskvaya Vaşinqton üzərində asimmetrik üstünlük verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 25 Mart 2026 06:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















