Icma.az
close
up
RU
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? DETALLAR

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi dövlət məktəbəqədər təhsil layihələrinə dəstək verəcək. Özəl bağçalar layihə təqdim edərək müsabiqədə iştirak edə, qalib gəldikləri halda dövlət maliyyələşməsindən yararlana biləcəklər. Özəl bağçalarda yeni maliyyələşmə modeli üzrə müsabiqənin keçirilməsi, iştirak, qiymətləndirmə və maliyyələşdirmə qaydaları müəyyənləşdirilib.

Müsabiqədə iştirak üçün təqdim edilməli sənədlərin siyahısı müəyyənləşdirilib

Nazirlər Kabinetinin "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə qərarında yer alan müddəalara görə, müsabiqəyə təqdim edilən layihələrdə layihənin adı və məqsədi, cəlb olunacaq təhsilalanların sayı, layihənin əhəmiyyəti, özəl tərəfdaşların imkanları, təhsil müəssisəsinin tutumu və valideynlərin iştirak payı, o cümlədən hər bir təhsilalan üçün aylıq ödəniləcək təhsil haqqı göstərilməlidir.

Layihələrdə insan resurslarından, maddi-texniki bazadan, infrastrukturdan, təhsil proqramlarından və digər resurslardan istifadə ilə bağlı tələblər də nəzərə alınmalıdır. Müsabiqənin keçirilmə qaydası, layihələrin qiymətləndirilməsi və qalibin müəyyənləşdirilməsi meyarları da əvvəlcədən açıqlanır.

Müsabiqə başlandıqdan sonra şərtlər toplusunda dəyişiklik edilərsə, müsabiqənin müddəti uzadıla bilər. Lakin uzadılan müddət müsabiqənin ilkin müddətindən çox ola bilməz. Dəyişikliklər barədə iştirakçılara ən geci 2 iş günü ərzində məlumat verilir.

Müsabiqə ilə bağlı elan mediada və Elm və Təhsil Nazirliyinin rəsmi internet saytında yerləşdirilir. Elanlarda iştirakçılara dair tələblər, təqdim edilməli sənədlər, müsabiqə şərtlərinin əldə olunması qaydası, müraciətin başlanma və bitmə tarixləri, eləcə də əlaqə vasitələri göstərilir.

Müraciət etmək istəyən iddiaçılar elan edilən müddətdə "Elektron Hökumət İnformasiya Sistemi”ndə qeydiyyatdan keçməli və elektron kabinet yaratmalıdırlar. Daha sonra elektron ərizə doldurularaq təsdiqlənməlidir.

Ərizəyə hüquqi şəxsin nizamnaməsi və dövlət reyestrindən çıxarış, məktəbəqədər təhsil fəaliyyəti üzrə lisenziya, bu sahədə layihələrin həyata keçirilməsi təcrübəsi barədə məlumat, vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş borcun olmaması və riskli vergi ödəyicisi statusunda olmaması barədə arayış əlavə edilməlidir. Ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edilirsə, onu təmsil etmək hüququnu təsdiq edən sənəd də təqdim olunmalıdır.


Layihələrin qiymətləndirilməsi 30 gün ərzində həyata keçiriləcək

Sənədlər tam olmadıqda və ya uyğunsuzluq aşkarlandıqda, iddiaçıya bu barədə elektron kabinet vasitəsilə məlumat veriləcək. İddiaçı 3 iş günü ərzində çatışmazlıqları aradan qaldıraraq ərizəni yenidən təsdiqləməlidir. Sənədlərin tamlığı təmin edilmədikdə ərizəyə baxılmaması barədə qərar qəbul ediləcək.

Sənədlərin tamlığı yoxlanıldıqdan sonra layihələr 30 gün ərzində qiymətləndiriləcək. Müsabiqə şərtlərinə uyğun olmayan layihələrə baxılmayacaq. Tələblərə cavab verən layihələr isə müəyyən edilmiş meyarlar və həmin meyarların xüsusi çəkisi nəzərə alınmaqla balla qiymətləndiriləcək.


Ən yüksək bal toplayan bağçalar müsabiqənin qalibi elan olunacaq

Ən yüksək bal toplayan iddiaçılar dövlət dəstəyinin ümumi məbləği çərçivəsində müsabiqənin qalibi elan olunacaq. Qaliblər barədə məlumat Nazirliyin rəsmi internet saytında yerləşdiriləcək, eyni zamanda qaliblərə nəticə barədə 5 iş günü ərzində məlumat veriləcək.

Valideynlər də layihələrdə tərəfdaş kimi iştirak edəcəklər. Qalib layihələr barədə məlumatlarla tanış olduqdan və aylıq iştirak payı ilə razılaşdıqdan sonra valideynlər elektron kabinet vasitəsilə uşaqlarını dövlət dəstəyindən yararlanmaq üçün qeydiyyatdan keçirə biləcəklər.

Qeydiyyat zamanı müəyyən kateqoriyalara aid uşaqlara üstünlük veriləcək. Daha sonra qeydiyyat növbəlilik prinsipi əsasında aparılacaq. Qeydiyyatı təsdiqlənən valideynlər avtomatik olaraq layihənin iştirakçısı və tərəfdaşı hesab olunacaqlar.

Layihələrin maliyyələşdirilməsi maliyyələşdirmə və xidmət müqavilələri əsasında həyata keçiriləcək. Maliyyələşmənin məbləği göstərilən xidmətlərdən yararlanan uşaqların sayından və onların neçə ay təhsil almasından asılı olacaq.

Əgər layihədə nəzərdə tutulan sayda uşaq cəlb edilməzsə və ya müsabiqə qalibi maliyyələşdirmə müqaviləsi bağlamaqdan imtina edərsə, növbəti ən yüksək bal toplamış iddiaçı qalib elan oluna bilər. Bu halda həmin iddiaçıya uşaqların cəlb edilməsi üçün 30 təqvim günü vaxt veriləcək.

Elm və Təhsil Nazirliyi maliyyələşdirmə müqavilələrinin icrasına nəzarət edəcək. Nazirlik layihə qaliblərindən rüblük, yarımillik, illik və ya yekun hesabatlar tələb edə bilər. Qaliblər müqavilənin icrası başa çatdıqdan sonra 15 iş günü ərzində tələb olunan hesabat və sənədləri Nazirliyə təqdim etməlidirlər.

Qeyd edək ki, ötən gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu sosial şəbəkədəki canlı yayımda özəl bağçalara müraciət edib. O müraciətində özəl bağçaları lisenziya alıb layihədə iştiraka çağırıb.

Xatırladaq ki, yeni maliyyələşmə modeli üzrə Bakı şəhərində dövlət dəstəyinin məbləği aylıq 350 manatı, regionlarda isə 250 manatı keçməyəcək

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 İyul 2026 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri