Dövlət Əmək Müfəttişliyi Xidməti daha bir mükafata layiq görülüb AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “HSE Awards 2024” müsabiqəsində mükafata layiq görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası tərəfindən təşkil edilən həmin müsabiqədə Xidmətin cari ildəki innovativ fəaliyyəti, əməyin mühafizəsi və təhlükəsizliyi istiqamətində addımları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti müsabiqənin “HSE Innovation Award” nominasiyası üzrə təltif olunub.
HSE (Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit) mükafatlarının təqdim olunmasının əsas məqsədi müxtəlif sənaye sahələrində sağlamlıq, təhlükəsizlik və ekoloji davamlılıqla bağlı ən yaxşı təcrübələri tanımaq və təşviq etməkdən ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 29 Dekabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















