Dövlət əmlakı olan 53 nəqliyyat vasitəsi və 4 texnika hərraca çıxarılır
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 10-u, 11-i, 18-i və 24-də hərraclar keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 53 nəqliyyat vasitəsi və 4 texnika çıxarılıb.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, iyunun 10-da keçiriləcək hərraca “Azinterservis”, “Cəlilabad Şərab”, “Daşkəsən Aqrotexservis”, “Zabrat Tikinti Quraşdırma” və “Bərdə Kəndkimya” səhmdar cəmiyyətlərinin səhm paketləri çıxarılıb.
Məlumata əsasən, hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 87 min 385 manatla 886 min 154 manat arasında dəyişir.
İyunun 11-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1991-2013-cü illəri əhatə edir.
İyunun 18-də keçiriləcək hərraca 15 nəqliyyat vasitəsi və 4 texnika çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2002-2014-cü illəri əhatə edir.
İyunun 24-də keçiriləcək hərraca isə 4 lot üzrə 26 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1990-2014-cü illəri əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 02 İyun 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















