Icma.az
close
up
RU
Dövlət Gömrük Komitəsi və AmCham Azerbaijan növbəti dəfə görüş keçiriblər

Dövlət Gömrük Komitəsi və AmCham Azerbaijan növbəti dəfə görüş keçiriblər

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsi və Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") arasında növbəti dəfə görüş keçirilib.

525.az bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, qurumun əsas vəzifələrindən biri olaraq xarici ticarət iştirakçıları ilə tərəfdaşlıq əlaqələri yaradılması, onların fəaliyyətinə dəstək göstərilməsi və gömrük sisteminin inkişaf strategiyasından irəli gələrək gömrük-biznes dialoqunun genişləndirilməsi hədəf kimi müəyyən edilib.

Bu kontektsdə gömrük sahəsində əldə olunan nailiyyətlər, tətbiq olunan yeni layihələr, eləcə də digər gömrük məsələləri ilə əlaqədar biznes subyektlərinin məlumatlandırılması və maraq kəsb edən sualların cavablandırılması məqsədilə mütəmadi olaraq "Gömrük-Biznes Forum"larında və müxtəlif əməkdaşlıq platformalarında görüşlər keçirilir.

Göstərilən məqsədlərdən irəli gələrək "AmCham Azerbaijan" ilə növbəti görüş keçirilib və "Ağ Sənəd 2025" nəşrində gömrük işi ilə bağlı (güzəşt və azadolmaların tətbiqi, aksizli malların tranzit daşımaları, gömrük anbarından istifadə imkanları, malların təsnifat kodunun müəyyən edilməsi) məsələlərə münasibət bildirilərək, son dövrlərdə tətbiq olunmaqda olan alətlər və yeniliklər barədə məlumat mübadiləsi aparılıb və aşağıdakılar diqqətə çatdırılıb:

- Güzəştlərə müəyyən edilən müddətlərin uzadılması və ya yeni güzəştlərin tətbiqi səmərəliliyə dair müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra həyata keçirilir.

- Aksizli malların (alkoqollu içkilər və tütün məmulatları) tranzit daşınmasında qanunvericiliyə uyğun olaraq depozit mexanizmi tətbiq edilir.

- Gömrük anbarı xüsusi gömrük prosedurunun hüquqi əsasları təsbit edilmiş və son illərin nailiyyəti olaraq praktiki həyata keçirilməsi ilə bağlı mexanizmlər istifadəyə verilmişdir. Eyni zamanda 2025-ci ildə qəbul edilmiş "Etibarlı Tərəfdaş Konsepsiyası" çərçivəsində qeyd olunan sahənin daha da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

- Malların təsnifat kodunun müəyyən edilməsi rəqəmsal alətlərin tətbiqi ilə sadələşdirilmiş və bu istiqamətdə köməkçi alətlər yaradılıb.

Digər sahələr üzrə əldə edilmiş nailiyyətlər, gömrük dəyərinin müəyyən olunması zamanı beynəlxalq normalara istinad edilməklə hazırlanmış metodikadan istifadə, eləcə də malların buraxılışından sonra gömrük bəyannamələrində düzəliş etmə imkanlarının genişləndirildiyi nəzərə çatdırılıb.

Sonda gömrük fəaliyyətinin diqqətlə izlənilməsi, tətbiq olunan yeni alət və mexanizmlərin nəzərə alınması, eləcə də gömrük işi ilə əlaqədar yaranan məsələlərin müzakirəsi məqsədilə görüşlərin keçirilməsinin vacibliyi qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Fevral 2026 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri