Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşüb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 22 yanvar, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşüb.
DGK-dən AZƏRTAC-a bildirilib ki, komitə sədri görüşdən öncə Qusar şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Qusar, Quba və Xaçmaz rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Görüş zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Yanvar 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















