Dövlət Gömrük Komitəsinin vergi borcu olan idarələrinin siyahısı
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət Gömrük Komitəsinin tabeliyində olan bir neçə idarənin külli miqdarda vergi borcu var.
"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, bu idarələr arasında borcu 200 mini keçən də var.
Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin vergiyə olan borcu 7 min manata yaxındır.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin vergi borcu isə 1000 manatdır.
Maraqlıdır ki, Bakı Baş Gömrük İdarəsinin də vergiyə borcu yaranıb. İdarənin 23 min manatdan çox vergi borcu var imiş.
Komitənin vergiyə ən çox borcu olan idarəsi isə Baş Gömrük Mühafizə Xidmətidir. Bu xidmətin vergiyə yaranmış borcu 245 min manatdır.
Qeyd edək ki, bu idarələrə dəfələrlə vergi öhdəlikləri üzrə bəyannamələri vaxtında təqdim etməməyə görə maliyyə sanksiyası tətbiq edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 17 Yanvar 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















